get-img

Kabinetim for iOS Android

Install Install
arrow-back Press-releases

To the attention of Azercell subscribers.

calendar 02.11.2024

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 02.12.2024-cü il tarixindən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

1.   Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş tarif və xidmətlər daxilində dəyişikliklər:

1.1. “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.

1.2. “Azercellim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.

1.3. “GəncSim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,10 AZN xidmət haqqı tətbiq ediləcək.

1.4. “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətlərinə göndərilən hər sorğu üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.

 

2.    Fakturalı və fakturasız xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “SuperSən” (“SuperSən 1GB”, “SuperSən 3GB ", “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB”, “SuperSən 30GB”) və “Premium” (“Premium 50GB”, “Premium 75GB”, “Premium 100GB”) tarif paketləri çərçivəsində təqdim edilən əsas istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək.

Qeyd:

Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.