Kabinetim mobil tətbiqinə qoşul və ya veb-səhifəsinə daxil ol.
Kampaniyada iştirak pulsuzdur.
Qeyd: “Hədiyyə Çarxı” kampaniyası “Azercell Telekom” MMC tərəfindən həyata keçirilir və “Apple Inc.” şirkətinə heç bir aidiyyəti yoxdur. “Apple” şirkəti kampaniyanın sponsoru deyil.
Bütün fərdi Azercell müştəriləri (data tarifli nömrələr xaric) kampaniyaya qoşula bilər. Əgər sizin 1-dən çox nömrəniz varsa, hər biri ilə qoşula bilərsiniz. Hədiyyə qazanmaq üçün nömrələrin xətti aktiv statusda olmalıdır.
Kampaniyaya qoşulmaq üçün Azercell Kabinetim tətbiqini yükləyə və ya Kabinetim veb-səhifəsinə daxil ola bilərsiniz. Kampaniyaya qatılmaq üçün “İndi qazan” bannerinin üzərinə basmalısınız. Sonra şəxsi məlumatlarınızı daxil edərək “Təsdiqlə və başla” düyməsini sıxmalısınız ki, “Hədiyyə Çarxı” kampaniyasına keçid ala biləsiniz. Kampaniya səhifəsi açıldıqdan sonra, sadəcə “Başla” düyməsinə basmaqla Azercell-dən hədiyyə qazanacaqsınız. Hər həftə eyni üsulla kampaniyaya qatıla bilərsiniz.
Ola bilsin ki, siz korporativ və ya data tarifli müştərisiniz. Əgər xeyr, o zaman AppStore/PlayMarket-dən tətbiqi yeniləməlisiniz.
Xeyr, ödənişsizdir. Bu kampaniya sadəcə Azercell-li olduğunuz üçün bir təşəkkürdür.
Hədiyyələrə şəbəkədaxili dəqiqələr, şəbəkədaxili SMS-lər, internet, sosial şəbəkələr üçün internet və Azercell+ xidmətləri daxildir.
Hədiyyələr abunəçinin istifadə etdiyi nömrənin gətirdiyi gəliri, internetdən istifadəni, danışıq dəqiqələrdən istifadəni, müddəti, telefon növü və həmin nömrənin ümumi aktivliyini hesablayan statistik modelə görə müəyyənləşdirilir və bölüşdürülür.
Hədiyyələr 24 saat ərzində aktivləşir. Hədiyyə aktivləşdirilən kimi sizə bildiriş SMS-i göndəriləcək. SMS bildirişini aldıqdan sonra hədiyyənizi istifadə edə bilərsiniz.
Bütün bonusların balansını Kabinetim veb və ya tətbiqi vasitəsilə yoxlamaq mümkündür.
Hədiyyə internet paketlərin balansını əlavə olaraq *100#yes yığmaqla və ya 2525-ə boş SMS göndərməklə, bonus dəqiqələr haqqında məlumatı isə 2525-ə boş SMS göndərməklə və ya *100#yes yığmaqla da öyrənmək olar.
USSD və 2525-ə göndərilən sorğu ödənişsizdir.
Sizin internet hədiyyə balansınız və ya onun istifadə müddəti bitdikdə bu barədə SMS bildiriş alacaqsınız. Danışıq dəqiqələri və SMS hədiyyə paketləri üçün bu növ SMS bildiriş nəzərdə tutulmayıb.
Hədiyyə balansını başqa nömrəyə köçürmək və başqa vaxta saxlamaq mümkün deyil.
Keşbək məbləği nömrənin əsas balansına yüklənir və istifadəsinə məhdudiyyət tətbiq edilmir. Lakin, nəzərə alınmalıdır ki, balansa əlavə edilən keşbək nömrə xəttinin bir və ya iki tərəfli açıq qalma müddətinə heç bir təsir göstərmir.
100% keşbəkin əldə edilməsi üçün istifadəçi tərəfindən ödəniləcək minimal məbləğ 1 AZN-dən başlayır və daha böyük nominallarla da təqdim edilə bilər. Məbləğ balansa bütöv şəkildə ödənilməlidir. “SimKredit” və “PayCell” xidmətləri vasitəsilə artırılan balansa keşbək təqdim edilmir.
Keşbək kampaniyası zamanı qazanılacaq maksimum keşbək məbləği 200 AZN-dir. (Fakturasız (SimSim) nömrələr üçün maksimum birdəfəlik ödəniş limiti 200 AZN təşkil edir).