Aİcell süni intellekt əsaslı virtual assistent xidmətini təmin edən botdur. Bu servis müştəri təcrübəsini zənginləşdirmək və yeni imkanlar təqdim etmək məqsədilə yaradılıb. Onunla ünsiyyət zamanı hər hansı bir uyğunsuzluq yaşanarsa, zəng operatora yönləndiriləcək.
Nömrənin balansı, kredit limiti və ondan istifadə imkanları və s.
Xidmətin aktiv və deaktiv edilməsi, dəyişdirilməsi, yenilənməsi və s.
Kampaniyanın aktiv edilməsi, ləğv edilməsi, kampaniya barədə məlumatın təqdim edilməsi
24/7 rejimində istənilən sorğu ilə müraciət edən abunəçilər real vaxt rejimində suallarına rahatlıqla cavab tapa biləcəklər.
Aİcell süni intellekt əsaslı virtual assistent xidmətini həyata keçirən botdur.
Azərbaycan və rus dillərində xidmət göstərir. Aicell nömrənin sistem dilinə uyğun olaraq həmin dildə də abunəçiyə xidmət göstərə bilir.
İnternet paketlərinin aktiv edilməsi, yenilənməsi, deaktiv edilməsi, yenilənmənin dayandırılması ilə bağlı müraciətləri yerinə yetirir. Həmçinin nömrədə olan internet paketinin həcmi, qalığı və istifadə müddəti barədə abunəçiyə məlumat verir.
Aicell fakturalı və fakturasız xətt sistemləri üzrə tarif dəyişikliyi əməliyyatlarını icra edir. Xidmət çərçivəsində fakturasız xətt üçün bütün “SuperSen” və “GencOl” tarif paketlərinə, həmçinin “Azercellim” və “Bolge” tariflərinə qoşulmaq və onları dəyişmək mümkündür.
Bəli. Aicell rouminq xidmətinin aktiv və ya deaktiv edilməsi, rouminq xidməti statusunun yoxlanması əməliyyatlarını icra edir. Əlavə olaraq rouminq xidmətini aktiv etsəniz, xaricdə istifadə zamanı sizə vacib olacaq məlumatları link formasında SMS vasitəsilə göndərir.
Bəli. Həm fakturalı, həm də fakturasız xətt nömrələri üçün balans barədə ətraflı məlumat verir. Fakturalı nömrələrdə balans, kredit limiti, avans məbləği, istifadə imkanı, faktura borcu, limiti keçmə məbləği və ödəniləcək məbləğ haqqında məlumat verir. Həmçinin virtual assistentə nömrədə olan dəqiqə və ya internet balansını öyrənmək istədiyinizi bildirsəniz, ətraflı yoxlayıb sizə məlumat bildirəcək.
Aicell “Limitsiz Danışıq” kampaniyası ilə bağlı xidmət göstərir. Abunəçinin istəyinə əsasən nömrədə kampaniyanı aktiv və ya deaktiv edə bilir.
SimKredit və SimTaksit xidmətləri üzrə abunəçilərə xidmət göstərir. Virtual assistent xidmət çərçivəsində kreditlə bağlı aşağıdakı əməliyyatları icra edir:
Əlbəttə! Aicell internetə qoşulma çətinliyi ilə bağlı müraciət edən abunəçinin nömrəsini yoxlayır, aşağıdakı halları müəyyən etdikdə müvafiq məlumat verir və əməliyyatları icra edir.
Bəli. Aicell balans sorğuları ilə bağlı müvafiq yoxlamaları və əməliyyatları icra edir. Üçüncü tərəf şirkətlərə məxsus xidmətləri müəyyən edərək məlumat verir. Eyni zamanda Aicell vasitəsilə istəyiniz əsasında xidmətləri ləğv etmək də mümkündür. Həmçinin nömrədə internet paketi olmadan internetə qoşulma olarsa, əlavə balans itkisinin qarşısını almaq üçün abunəçilərə məlumat verir və internet paketləri aktiv etməyi tövsiyə edir.