get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back 0 balans imkanları

SimKredit

Balansda kifayət qədər vəsait olmadıqda SimKredit xidmətindən yararlan

images-phone

Ümumi məlumat

Təcili zəng etmək və ya SMS göndərmək lazımdır, lakin balansda kifayət qədər vəsait yoxdursa, SimKredit xidməti vasitəsilə kredit götürmək mümkündür.

SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.05 AZN təşkil edir.

SimKredit borcunu öyrənmək üçün info yazıb müvafiq SimKredit nömrələrinə göndərmək kifayət edir.

SimKredit-dən ən yüksək məbləğli krediti sifariş etmək üçün *200#YES yığmaq və ya kredit sözünü 9600-a göndərmək lazımdır (sistem məbləği şərtlərə əsasən müəyyən edir).

Təcili hallar üçün əlavə kredit

Kredit limiti bitdikdə "Ekstra Kredit" xidmətindən faydalanmaq mümkündür:

Hər bir "Ekstra Kredit" mesajı üçün xidmət haqqı 0.05 AZN təşkil edir.

 

*Abunəçi “Simkredit” xidmətlərindən istifadə etməklə bu xidmətlərin təqdim və təklif edilməsi, çeşid və keyfiyyətinin artırılması məqsədi ilə özü barəsində istənilən fərdi və digər məlumatların (trafikin) tam və ya qismən avtomatlaşdırılmış üsullarla emalına, o cümlədən toplanılmasına, istifadəsinə, işlənilməsinə, habelə qanunvericilikdə müəyyən edilmiş şərtlərə riayət edilməklə verilməsinə müqavilə müddəti ərzində razılıq verir.

Əlavə məlumat

Hər bir istifadəçinin götürə biləcəyi “SimKredit” miqdarı fərqlidir. Bu zaman balans artırma tarixçəsi və xəttin aktiv qalma müddəti də nəzərə alınır.

Götürülə biləcək maksimum “SimKredit” məbləği haqqında məlumatı öyrənmək üçün *200*7#YES yığmaq lazımdır.

“SimKredit” borcu və bu borcla əlaqəli bütün əlavə məbləğlər növbəti balans artırılması zamanı nömrənin balansından çıxılır və ya "PayCell" bonusları vasitəsilə ödənilir.

Balansda kifayət qədər vəsait olduqda “SimKredit” borcunun tam məbləği balansdan dərhal çıxılır. Balansda kifayət qədər vəsait olmadıqda isə borc məbləği ardıcıllıqla hər dəfə 0,05 AZN olmaqla hesabdan silinir.

2 AZN "SimTaksit" əldə etdikdə (9155-ə zəng etməklə və ya *155#YES yığmaqla), kreditin istifadə olunmağa başladığı andan etibarən növbəti 30 gün müddətində hər gün balansdan 0.08 AZN çıxılır.

30 gündən sonra balansda qalıq məbləğ olduğu təqdirdə, həmin məbləğ 31-ci gündə balansdan çıxılır. 31-ci gündə balansda kifayət qədər məbləğ olmadığı təqdirdə isə kredit borcu növbəti balans artırma zamanı hesabdan avtomatik olaraq çıxılır.

BORC yazıb 9155-ə göndərməklə 2 AZN-lik kredit borcunu bütöv şəkildə ödəmək mümkündür.

“SimKredit” götürməzdən əvvəl ödəniş məbləğinin balansa yüklənməsi üçün azı 10 dəqiqə gözləmək lazımdır. Dərhal “SimKredit” götürdükdə kredit borcu üçün lazım olan bütöv məbləğ balansdan hissə-hissə deyil, birdəfəlik çıxılır.

Maksimum “SimKredit” məbləğini götürmək üçün *200#YES yığmaq lazımdır.

DostKredit xidməti çərçivəsində bir abunəçi digər abunəçi üçün maksimal məbləğdə kredit sifariş etmək istədikdə *200*mobil nömrəsinə (xx-xxx-xx-xx) müvafiq USSD kodlu sorğu göndərməlidir. Göndərilən SMS üçün xidmət haqqı pulsuzdur.

Məbləğlər üzrə müvafiq USSD kodlar:

  • 1 AZN: *150* xx-xxx-xx-xx # 1  
  • 2 AZN: *250* xx-xxx-xx-xx # 2  
  • 3 AZN: *290* xx-xxx-xx-xx # 3  
“Simkredit”, “Simtaksit”, “Ekstra kredit”, “İnternet kredit” və “TaksitCell” xidmətləri “Simbrella Bakı” MMC tərəfindən təqdim olunur.