get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Azercell-li ol

Nömrəni dəyişmədən bizə qoşul və Azercell-in geniş əhatə dairəsinə malik yüksək keyfiyyətli xidmətlərindən yararlan.

Azercell-li ol

Niyə Azercell?

Sərfəli təkliflər

Sənə uyğun tarif paketləri

Sürətli 4G şəbəkəsi

Sadəcə sürətli yox, ƏN sürətli

Azərbaycanın aparıcı mobil operatoru

Liderlik mövqeyimizi saxlamaqdayıq

94.4%

Coğrafi əhatə dairəsi

99.8%

Əhali üzrə əhatə dairəsi

49.0%

Bazar payı

5.0M

5 milyondan çox abunəçi

Azercell Müştəri Xidmətləri

Abunəçilərin 24/7 dəstəklənməsi

Fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər

Əlavə məlumat

MND - Mobil Nömrələrin Daşınması deməkdir. Bu xidmət abunəçilərə mobil nömrəni dəyişmədən istənilən mobil operator şəbəkəsinə qoşulmaq imkanı verir. 

Azercell ölkənin lider və innovativ həllər təqdim edən mobil operator şirkətidir:

  • İlk 24/7 Telefon mərkəzi
  • İlk tam xidmət konsepsiyası - Azercell Express
  • İlk beynəlxalq keyfiyyət standartı ISO 9001 - 2000
  • Ən geniş satış şəbəkəsi
  • Yüksək keyfiyyətli müştəri xidmətləri
  • İlk GSM
  • İlk fakturasız xətt sistemi - SimSim
  • Fakturasız xətt abunəçiləri üçün ilk rominq xidməti
  • İlk 4G
  • İnnovativ texnologiya və həllər
  • Geniş əhatə dairəsi 
  • Ən çox RBS sayı
  • Geniş əhatəli və güclü şəbəkə - 2G/3G/4G 
  • Səhiyyə, təhsil, idman, mədəniyyət və digər bir çox sahələri əhatə edən korporativ sosial məsuliyyət siyasəti

Mobil nömrəni Azercell şəbəkəsinə daşımaq üçün şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofisləri və ya rəsmi dilerlərə yaxınlaşmaq lazımdır. Müraciət əsasında yeni SIM-kart təqdim edilir.

Qeyd: Abunə muqaviləsi

MND xidməti vasitəsilə abunəçilər mövcud nömrələrini saxlayaraq mobil operatorlarını dəyişə bilərlər.

Mobil nömrənin daşınmasına dair hər hansı bir çətinlik yaranmadığı təqdirdə, 3 iş günü ərzində xidmətin aktiv olunması haqqında (1 saat öncədən) abunəçiyə SMS-bildiriş göndərilir.

MND zamanı aşağıdakı tələblərə əməl edilməlidir:

  • Nömrə müraciət edən şəxsin adına olmalıdır;
  • Nömrə ən azı 90 gün istifadədə olmalıdır;
  • Nömrədə son MND əməliyyatından ən azı 90 gün keçməlidir;
  • Nömrənin rəsmi istifadəçisi və mobil operator arasında yekunlaşmamış məhkəmə işi olmamalıdır;
  • Cari mobil operatorun sistemində abunəçiyə aid məlumatlar düzgün qeyd edilməlidir.

Qeyd: Data nömrələrin digər mobil operatora daşınması mümkün deyil.

 

Abunəçi hər 90 gündən bir mobil operatoru dəyişmək hüququna malikdir.

Müraciətin edilməsindən sonra 8 iş saatı ərzində müvafiq sənədləri təqdim etməklə nömrələrin daşınması sorğusunu ləğv etmək mümkündür.