get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

Gənclər Günü

SuperSən tarifi 50% endirimlə

images

Ümumi məlumat

1 fevral tarixindən Azercell olaraq Xiaomi ilə birlikdə “Gənclər Günü”nə özəl hazırlanan kampaniyaya start veririk!

Kampaniya çərçivəsində mövcud abunəçilərimiz və yaxud şəbəkəmizə qoşulmaq istəyən şəxslər istənilən mağazamıza yaxınlaşaraq Redmi Note 14 seriyasına məxsus smartfonlardan birini aldıqda “SuperSən” tarif paketindən 2 ay ərzində 50% endirimlə yararlana biləcəklər. Bu müddət bitdikdən sonra güzəştli qiymət qüvvədən düşəcək, lakin tarif paketi aktiv olaraq qalacaq.

Smartfonlar barədə ətraflı məlumat aşağıda göstərilmişdir:

Kampaniya üzrə təqdim edilən smartfonların alınması 28 fevral, endirimdən istifadə isə 29 aprel tarixinədək mümkün olacaq.

Əlavə məlumat

Kampaniyaya aşağıdakı tarif paketləri daxildir:

Tarif paketləri

Güzəştli qiymət (AZN)

SuperSən 6GB

7.5 AZN

SuperSən 10GB

10 AZN

 

 



"SuperSən" tarifini aktivləşdirmək üçün 7575 qısa nömrəsinə müvafiq açar sözləri göndərmək kifayət edir.

  • "SuperSən 6GB" üçün SS6
  • "SuperSən 10GB" üçün SS10

Bir SMS-in göndərilməsi üçün ödəniş 0.01 AZN təşkil edir.

Tarif paketlərini, həmçinin USSD kod və ya Azercell tətbiqi vasitəsilə də aktivləşdirmək olar:

  • SuperSən 6GB: *750*4*106#YES
  • SuperSən 10GB: *750*4*110#YES

"SuperSən" tarif paketinə qoşulduqda balansdan abunə haqqı tutulur və bonuslar əlavə olunur.

Qeyd edilən smartfonlardan birini alan abunəçilər SuperSən 6GB və SuperSən 10GB tarif paketlərindən 2 ay ərzində 50% endirimlə yararlana biləcəklər. Paket aktivləşdirildiyi gündən etibarən hər 30 gündən bir avtomatik yenilənəcək.

Paketi deaktiv etmək mümkün deyil, lakin istənilən digər tarif paketinə keçmək olar.

Kampaniyaya qoşulmaq üçün qeyd edilən Xiaomi smartfonlarından birini mağazalarımızdan almaq kifayət edir.



Paket rouminqdə aktiv deyil.

Bonus haqqında məlumatları aşağıdakı üsullarla əldə etmək mümkündür:

  • 2112 qısa nömrəsinə boş SMS göndərməklə (SMS qiyməti: 0.02 AZN);
  • *111*1*7#YES yığmaqla;
  • Azercell mobil tətbiqindən istifadə etməklə (Tətbiqi yükləmək üçün *110#YES yığmaq lazımdır).

"SuperSən" tarifi haqqında ətraflı məlumat üçün 7575 qısa nömrəsinə SS yazıb göndərmək lazımdır.

Üstünlük 55GB istisna olmaqla, digər bütün hallarda internet paketlərinə veriləcək.

Qeyd: Kampaniya zamanı alınan bütün nömrələr sistemdə aktiv olmalıdır. Yeni nömrə öncə hər hansı bir tarifə qoşulmalıdır və yalnız bundan sonra "SuperSən" tarifinə keçid edərək 50% endirimdən yararlanmaq mümkündür.