get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

Qarabağda olan universitet tələbələri üçün

images

SuperSən 10GB tarif paketi pulsuz təqdim edilir!  

Azercell olaraq bütün universitet tələbələrini yeni tədris ilinin başlanması münasibətilə təbrik edir və Qarabağda olan tələbələr üçün xüsusi kampaniyaya start veririk!

Tələbələr sentyabrın 23-dən etibarən Xankəndi şəhərində Qarabağ Universitetinin qarşısında quraşdırılan Azercell Səyyar Müştəri Xidmətləri stendinə yaxınlaşıb yeni nömrə əldə edərək kampaniyaya qoşula bilərlər.

Kampaniya çərçivəsində hədiyyə edilir:

  • Yeni pulsuz mobil nömrə
  • SuperSən 10GB tarif paketinə 6 aylıq abunə

SuperSən 10GB tarifinə 6 aylıq pulsuz istifadə müddəti bitdikdən sonra tələbələr bir il ərzində bu tarif paketindən 50% endirimlə yararlanmaq imkanına malikdirlər.

Qeydlər:

  • Kampaniya 23 sentyabr - 30 noyabr 2024-cü il tarixləri çərçivəsində qüvvədədir. 
  • Tələbələr kampaniyaya qoşularkən mütləq tələbə biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
  • Yaşı 18-dən az olan tələbələr valideynləri ilə birlikdə müraciət edə bilərlər. 
  • Kampaniyada iştirak mobil nömrəyə SMS göndərilməsi vasitəsilə aktiv edilir. Yalnız bu bildirişi aldıqdan sonra SuperSən 10GB tarif paketinə pulsuz qoşulmaq mümkündür.
  • SuperSən 10GB tarifindən 6 aylıq pulsuz istifadə müddəti bitdikdən sonra xidmət haqqı bir il müddətinə 50% endirimlə təklif olunacaq. Kampaniya aktivləşdirildikdən 18 ay sonra isə SuperSən 10GB tarifi 20 AZN-lik standart tarif qiyməti ilə hesablanacaq.
  • Hər tələbə yalnız bir nömrə əldə edə bilər.
  • Kampaniya yalnız qeyd edilən pulsuz Azercell nömrələrinə şamil olunur.
  • Azercell Səyyar Müştəri Xidmətləri stendi Xankəndi şəhərində Qarabağ Universitetinin qarşısında quraşdırılıb.
  • Nömrəni tariflə aktiv etmək üçün 6 AZN məbləğində vəsait ödənilməlidir. Nömrə aktivləşdirildikdən sonra SuperSən tarifinə 6 aylıq pulsuz qoşulmaq haqqında təlimat SMS vasitəsilə göndəriləcək.