*Hesablama intervalı: zəng üçün – 60 saniyə, internet üçün – 512 KB.
“Bolge” yazıb SMS vasitəsilə 7575-ə göndər və ya *750*4*4#YES yığ.
"Bölgə" tarifinə həmçinin "Azercell" tətbiqi vasitəsilə də qoşulmaq mümkündür. *110# kodunu yığ və tətbiqi yükləmək üçün birbaşa keçid əldə et.
Balansı yoxlamaq üçün telefonda *111*1*7#YES yığmaq kifayətdir. (USSD mesajın qiyməti 0.10 AZN-dir.).
Qeyd: 12 İyul 2024-cü il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Bölgə” tarif paketi çərçivəsində “Limitsiz danışıq” kampaniyasının xidmət haqqı 0,49 AZN təşkil edəcək.
Ölkədaxili 1 SMS-in qiyməti 0.10 AZN, ölkəxarici 1 SMS-in qiyməti isə 0.25 AZN təşkil edir.
Qısa nömrələrə zənglər pulsuz zənglərə daxil deyil və həmçinin, bu zənglərin hər biri 20 dəqiqə ilə məhdudlaşdırılır.
Bakı və Abşeronda yaşayan abunəçilər tərəfindən edilən zənglərin dəqiqəsi 0.10 AZN təşkil edir. Bu abunəçilər “3-cü dəqiqədən sonra pulsuz” kampaniyasından yararlana bilməzlər.
Tarifin qeyd olunan qiymətləri xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.
Cari tarifdən “Bölgə” tarifinə keçmək üçün müvafiq açar sözü SMS vasitəsilə göndərmək və yaxud *750*4*4#YES yığmaq kifayət edir. Xidmət haqqı isə 4 AZN-dir.
"Azercell" tətbiqi vasitəsilə tarif dəyişdirildikdə isə xidmət haqqı 4 AZN təşkil edir.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, 01.06.2024-cü il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrində yeni təsis əməliyyatı zamanı “Azercellim”, “Bölgə” və “GəncSim” tarif paketlərinin seçimi yalnız azercellim.com saytı üzərindən nömrələr əldə edildikdə mümkün olacaq. “Azercell Telekom” MMC-nin dilerləri və MX ofislərində fakturasız xətt sisteminə aid nömrələrin yeni təsis əməliyyatı zamanı isə fakturasız xətt sisteminə aid digər tarif paketlərinin seçilməsi mümkün olacaq. Tarif paketlərinə dair ətraflı məlumatı saytımızdan əldə etmək mümkündür.