get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Ümumi məlumat

SMS göndərmək üçün yığım qaydası

  • ölkədaxili: operator kodu, nömrə
  • ölkəxarici: +, ölkə kodu, operator kodu, nömrə

Cihazlarda SMS ayarlarını quraşdırma qaydaları.

Qiymətlər

  • 1 SMS – 5 qəpik
  • Tələbə 1-liyi tarifində 1 SMS – 5 qəpik

Azercell-dən daxil olan sistem mesajlarının dil seçimi üçün aşağıdakı açar sözünü +994509103300 nömrəsinə göndərin (1 SMS – 5 qəpik):

  • 1 SMS mətndə maksimum simvol sayı latın əlifbası ilə – 160, kiril əlifbası (o cümlədən Azərbaycan əlifbasına aid spesifik  hərflərdən istifadə edildikdə) ilə – 70 ola bilər.
  • SMS servis nömrəsi +99450 910 33 00.
  • Texniki parametrlərin uyğunsuzluğu səbəbindən, roming\beynəlxalq istiqamətlərdə SMS mübadiləsi zamanı çatdırlmaya təminat verilmir. Həmçinin SMS göndərildiyi andan etibarən maksimum 168 saat ərzində çatdırıla bilər.

Veb SMS

Gün ərzində Veb SMS vasitəsilə 100 mesaj göndərmək mümkündür. Bunlardan 10 SMS pulsuz şəbəkədaxili, qalan və ya bütün SMS-lər isə ölkə daxilində ödənişli göndərilə bilər.

1 SMS mətninin simvol sayı maksimum 148 ola bilər.

Xidmətdən istifadə etmək üçün veb səhifəmizin Onlayn Xidmətlər bölümündə qeydiyyatdan keçin.

Veb SMS göndərən şəxsin nömrəsindən daxil olur və həmin nömrəyə birbaşa cavab mesajı göndərmək mümkündür.

1 ödənişli Veb SMS-in qiyməti istifadə olunan tarifə uyğun, standart SMS-in qiyməti ilə eynidir.

Qeyd: Mesaj mətni yalnız latın əlifbası ilə yazılmalıdır.

Tez SMS

Əgər təcili bir məlumat çatdırmaq lazımdırsa, mesajınızın əvvəlində *flash# yazın. Bu halda SMS bilavasitə göndərdiyiniz şəxsin mobil telefonunun ekranında görünəcək.

Misal: *flash# mənə zəng et!

Tez SMS-in qiyməti istifadə olunan tarifə uyğun standart SMS-in qiyməti ilə eynidir.

Qeyd: Tez SMS telefonun yaddaşında qalmır.