get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back 0 balans imkanları

Paycell

İstənilən fakturasız xətt abunəçisinin balansına öz balansından pay göndər

images-phone

Ümumi məlumat

Bu xidmət vasitəsilə Azercell balansından istənilən Azercell fakturasız xətt abunəçisinin balansına pay göndərmək mümkündür.

“Paycell”dən istifadə etmək üçün fakturasız xətt abunəçisinin nömrəsini (operatorun kodu ilə birlikdə) aşağıdakı cədvəldə qeyd olunan müvafiq “Paycell” nömrəsinə göndərmək kifayətdir.

Əlavə məlumat

“Paycell” xidmətindən  gün ərzində 10 dəfədən çox olmamaq şərtilə yararlanmaq olar.

"Paycell"dən istifadə tarixçəsi haqqında məlumatları əldə etmək üçün pay göndərilən tarixi yazıb SMS vasitəsilə 9201-ə göndərmək lazımdır. Gələn SMS-də abunəçinin son 90 gün ərzində "Paycell"dən istifadə tarixçəsi haqqında məlumatlar əks olunur.

9201 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.

Belə hallarda SMS üçün xidmət haqqı  istisna olmaqla göndərilməsi nəzərdə tutulan məbləğ balansa geri qaytarılır.

Yeni aktivləşdirilən nömrədə ilk balans artırma əməliyyatı həyata keçirildikdən dərhal sonra "Paycell" məbləğini istifadə etmək mümkündür.

Fakturalı xətt abunəçiləri əvvəlki faktura dövrlərində kəsilmiş və ödənilmiş hesab-fakturaların ümumi məbləği (ƏDV daxil) 50 AZN və daha artıq olduqda "Paycell" xidmətindən istifadə edə bilərlər.

Fakturalı xətt sisteminə aid nömrələrdə 2 AZN və 5 AZN balans payı göndərilməsi xidmətindən istifadə etmək üçün nömrənin balansında olan vəsait:

  • xidmətlərdən istifadəyə görə mövcud olan cari borc;
  • açıq faktura;
  • göndərilməsi nəzərdə tutulmuş balans payı və buna görə xidmət haqqı məbləğlərinin cəmindən çox olduqda mümkündür.

Korporativ abunəçilərin 2 AZN və 5 AZN məbləğlərində balans payı göndərmələrinə məhdudiyyət qoyulub.

  • Əgər 0.50 və ya 1 AZN məbləğində "Paycell" krediti balansının istifadə müddəti 5 gün və ya daha qısa müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti 5 günə qədər uzadılır.
  • Əgər qeyd olunan məbləğdə "Paycell" krediti balansının istifadə müddəti 5 gündən daha çox müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti uzadılmır.
  • Əgər 0.20 AZN məbləğində "Paycell" krediti balansının istifadə müddəti 1 gün və ya daha qısa müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti 1 günədək uzadılır.
  • Əgər qeyd olunan məbləğdə "Paycell" krediti balansının istifadə müddəti 1 gündən daha çox müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti uzadılmır.
  • Əgər 2 AZN məbləğində "Paycell" krediti balansının istifadə müddəti 5 gün və ya daha qısa müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti 10 günədək uzadılır.
  • Əgər 5 AZN məbləğində "Paycell" krediti balansının istifadə müddəti 1 gün və ya daha qısa müddət ərzində bitəcək bir abunəçiyə göndərilərsə, balansın istifadə müddəti 30 günədək uzadılır.