get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Biznesim internet xətti

Yüksək sürət, münasib qiymət, 7/24 dəstək. Rəqəmsal gələcək artıq reallaşır. Azercell isə sizi bu gələcəyə daha da yaxınlaşdırır.

Biznesim İnternet Xətti

İndi hər şey daha sürətli və daha keyfiyyətlidir.

Şirkətinizin işləri daima etibarlı internet bağlantısını tələb edən vebsaytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya böyükölçülü fayl köçürmələri ilə əlaqədardırsa, o zaman “Biznesim İnternet Xətti” xidməti ən ideal seçimə çevriləcək.

ADDIM 1

Müvafiq tarif paketinin seçimi

Bütünlükdə biznesinizə xas olan spesifik ehtiyac və tələblərə cavab verən tarif paketini seçin.

ADDIM 2

Əlaqə məlumatlarının doldurulması

Əlaqə məlumatları bölməsini doldurmaq üçün “İndi cəhd edin” düyməsinə basın.

ADDIM 3

Sənədləşmə prosesi

Qısa zaman kəsiyində asan və sürətli şəkildə sənədləşdirmə prosesi

ADDIM 4

Təsdiq mərhələsi

Texniki heyətimizin sizi tələb olunan bütün xidmətlərlə asanlıqla təmin etməsi və onları aktivləşdirməsi üçün icazə verin.

Xidmətin üstünlükləri

Sürətli quraşdırma

Azercell siz müraciət etdikdən dərhal sonra işə başlayır və internet xəttinizi 3 iş günü ərzində hazır edir.

Etibarlı qoşulma

Monitorinq komandamız tərəfindən 7/24 qorunan yüksək sürətli və axıcı internet əlaqəsi

Limitsiz trafik

Biznesinizi onun inkişafını və şaxələnməsini ləngidən bütün limitlərdən azad edin

Əhatəli radiorabitə naqilləri

Heç bir maneəyə baxmadan bütün çətin tapşırıqları icra etmək üçün əsl potensialınızı üzə çıxarın.

Hər bir şirkət üçün ideal plan

Azercell-in fərqli bizneslərin fərqli ehtiyacları üçün nəzərdə tutulmuş 7 fərqli planından birini seçin və biznesinizin irəliləməsinə şərait yaradın.

5 Mb/s
199
10 Mb/s
249
15 Mb/s
309
20 Mb/s
399
30 Mb/s
549
50 Mb/s
749
100 Mb/s
1399
  • Naqilsiz qoşulma
  • 99.50% zəmanətli işləmə vaxtı
Bizimlə əlaqə

Biznesiniz üçün ən etibarlı şəbəkə bağlantısı

Azercell-in "Biznesim İnternet Xətti" xidmətinin köməyi ilə biznesiniz rəqəmsal eranın bütün çağırışlarına asanlıqla uyğunlaşır.

Bizimlə əlaqə
Dəstək

Texniki dəstəyə ehtiyacınız var?

Biz kömək edərik!

Hazır texnoloji həllərdən və ya fərdi həllərdən hansını seçmək barədə dəqiq qərara gələ bilmirsiniz? Bizim peşəkar müştəri dəstəkləri komandamız bütün suallarınızı cavablandıracaq.

 

  • Abunəçi yerləşdiyi binada quraşdırılma işləri üçün bütün icazələr abunəçi tərəfindən alınmalıdır.
  • İnternet üçün tələb olunan bütün daxilişəbəkə avadanlığı (ruter və s.) abunəçi tərəfindən təmin olunur.
  • “Biznesim İnternet Xətti” xidməti abunəçinin yalnız istifadəsi üçün verilir. Azercell tərəfindən təqdim olunmuş avandanlıqlar abunəçinin mülkiyyətinə verilmir.
  • Xidmət çərçivəsində hər qoşulmuş ünvana 1 (bir) ədəd statik İP (publik) daxildir və “Abunəçi”nin istəyi olduqda təmin edilir.
  • Bütün texniki dəstək Azeronline tərəfindən təmin olunur.
  • Hər qoşulacaq ünvan üçün birdəfəlik quraşdırma haqqı 500 AZN təşkil edir.
  • Birdəfəlik quraşdırma və aylıq xidmət haqqları abunəçiyə nömrənin hesab-fakturasında təqdim olunacaq.
  • Bütün qiymətlər ƏDV xaricdir.