“Mobil komandanın idarə edilməsi” sahə işlərinin təşkili, idarəsi və ona nəzarətə dair şirkətlərin ehtiyacı ola biləcək bütün mümkün biznes və texniki imkanları özündə cəmləşdirən qabaqcıl rəqəmsal həldir. Platforma, həmçinin rabitə və nəzarət proseslərinin rəqəmsallaşdırılması ilə şirkət, işçilər və müştərilər arasındakı qarşılıqlı əlaqəni gücləndirir, səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Biznesinizin bütün unikal tələblərinə cavab vermək məqsədilə yaradılmış “Mobil komandanın idarə edilməsi” xidmətinin rəqəmsal imkanları ilə koordinasiyanı təkmilləşdirmək, prosesləri sadələşdirmək və ümumi məhsuldarlığı artırmaq indi daha rahatdır.
Seçimlər və funksiyalar | Lite | Plus | Pro |
---|
Ərazi üzrə istifadəçi | 3 |
6 |
12 |
İdarəçi istifadəçi | 1 |
2 |
2 |
Aylıq ödəniş (ƏDV xaric) | 200 ₼ |
400 ₼ |
700 ₼ |
Qeyd: Hər bir paketdə sorğu üzrə texniki dəstəyin təmin edilməsi, vebinar və xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin ərazi üzrə istifadəçilərin və idarəçi istifadəçilərin sayını müəyyən bir limitədək artırmaq mümkündür.
Sorğu, geri qaytarılma və təsdiqləmə prosesləri, avadanlığın müştərilər arasında transferi, daşınılması, təmiri və çatdırılması, cihaz üzrə hesabat və tarixçə
Geniş bazar araşdırması, əməliyyatları real vaxt rejimində izləmək imkanı, hesabatlar, müştəri ziyarətinin planlaşdırılması və ona nəzarət
Əməliyyat marşrutu və GPS naviqasiya sistemi əsasında fotohesabat və rəy bildirişi
Ümumi iş bölgüsünün təyin edilməsi və izlənilməsi
Xüsusi ehtiyaclarınız üzrə fərdi həll üçün bizimlə əlaqə saxlayın və ya sizə uyğun hazır təkliflər arasından seçim edin. Azercell olaraq təqdim etdiyimiz imkanlar sonsuzdur!