get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
M2M

M2M

Cihazlararası kəsintisiz bağlantı ilə biznesiniz üçün yeni imkanlar kəşf edin!

Biznesiniz üçün M2M həllər

images
Biznesiniz üçün xüsusi M2M həlləri
Fərdiləşdirilmiş M2M xidmətləri

Biznesiniz üçün xüsusi M2M həlləri

Bizneslər üçün cihazlar və sistemlər arasında əlaqə quraraq real vaxt rejimində monitorinq və məlumat analizi aparmağa imkan verir. Xüsusi M2M həlləri əməliyyatları daha səmərəli edir, xərcləri azaldır və performansı optimallaşdırır. Bu həllər istehsalat, logistika, səhiyyə və digər sahələr üçün fərdiləşdirilir və biznes proseslərini avtomatlaşdırmağa, avadanlıq monitorinqi aparmağa və məlumat əsaslı qərarlar qəbul etməyə kömək edir. M2M-dən istifadə biznes əməliyyatlarını sadələşdirə və müştəri təcrübələrini yaxşılaşdıra bilərlər.

Ən çox tətbiq olunduğu sahələr

Sahələr üzrə innovativ M2M tətbiqləri

Nəqliyyat və logistika

GPS və telematik sistemlər vasitəsilə nəqliyyat vasitələrinin yerini izləyin, sürücü davranışlarını monitorinq edin və marşrutları optimallaşdırın. Yük daşınması zamanı mal və əşyaların vəziyyətini, yerini izləyərək keyfiyyətli daşınma təmin edin və itkiləri minimuma endirin.

Enerjinin idarə edilməsi

Ağıllı şəbəkələr vasitəsilə enerji paylanmasını real vaxt rejimində idarə edin və enerji mənbələrinin səmərəli istifadəsini optimallaşdıraraq dayanıqlı gələcəyin əsasını qoyun. Ağıllı sayğaclar istehlakçılar və enerji təchizatçıları arasında real vaxtda istehlak məlumatlarının mübadiləsini təmin edir. Bu, digər tərəfdən isə həm istehlakçılar, həm də təchizatçılar üçün daha səmərəli həllər təqdim edir, dəqiq fakturaların tərtib olunmasına və enerjiyə qənaət edilməsinə töhfə verir.

Ağıllı şəhərlər

Sensorlar və kameralar vasitəsilə real vaxt rejimində məlumat toplayaraq nəqliyyat axınını effektiv şəkildə tənzimləyin və tıxacları minimuma endirin. Piyadaların və ya avtomobillərin hərəkətinə müvafiq olaraq küçə işığının parlaqlığını avtomatik tənzimləməklə enerji istehlakını azaldın.

Səhiyyə

Pasiyentlərin sağlamlıq vəziyyətini izləyərək məlumatları tibb işçilərinə ötürün, məsafədən diaqnozun qoyulmasına və erkən müdaxiləyə şərait yaradın. İdman zamanı məlumatların toplanılmasına, bu məlumatların cihazlarla və ya sağlamlıq platformaları ilə sinxronlaşdırılmasına imkan verərək fərdi performansı izləyin və sağlamlıq vəziyyətini daha dəqiq qiymətləndirin.

M2M texnologiyasının üstünlükləri

Avtomatlaşdırılmış əlaqə dəstəyi

Ağıllı cihazlar arasında insan müdaxiləsi olmadan rabitəni təmin edir, bizneslər üçün prosesləri sadələşdiririk.

Yüksək təhlükəsizlik

M2M şəbəkələrinin gizliliyini və təhlükəsizliyini təmin edir, məlumat transferi üçün etibarlı və təhlükəsiz platforma təklif edirik.

24/7 dəstək

Müştərilər üçün 24/7 sürətli, davamlı və etibarlı dəstək təklif edirik.

M2M üçün modullar və cihazlar

Sənaye sahələri üzrə effektivliyin artırılması

Mobil modullar

Bu modullar cihazlara tətbiq edilərək 3G, 4G, LTE, 5G kimi mobil şəbəkələr üzərindən əlaqəni təmin edir. Sözügedən modullar nəqliyyat vasitələrinin izlənilməsi və ağıllı sayğaclar ilə uzaqdan monitorinqi üçün istifadə olunur.

GPS modullar

Nəqliyyat vasitələrinin, şəxsi cihazların və əmlakın yerini izləmək üçün istifadə olunur. Real vaxt rejimində məkan məlumatlarını təqdim edir və marşrutların optimallaşdırılmasına kömək edir.

IoT sensorlar

Temperatur, rütubət, hərəkət və digər göstəricilərlə bağlı məlumatları toplayır. Bu sensorlar ağıllı kənd təsərrüfatı, ekoloji monitorinq və obyektlərin idarə edilməsi kimi tətbiqlər üçün əvəzolunmazdır.

“Gateway”lər (Şəbəkə keçidi)

Müxtəlif şəbəkələri və ya protokolları birləşdirən cihazlardır. Bu cihazlar M2M cihazlarının bir-biri ilə, həmçinin mərkəzi serverlərlə və ya bulud platformaları ilə əlaqəsini təmin edir.

Rəqəmsal həllə ehtiyacınız var?

Rəqəmsal həllə ehtiyacınız var?

Ehtiyaclarınıza uyğun fərdi rəqəmsal həll təklif etmək və ya hazır təkliflərimizdən birini seçmək üçün elə indi bizə müraciət edin. Azercell ilə imkanlar sonsuzdur.