Azərbaycan
4G (ingilis dilində 4th generation) dördüncü nəsil kabelsiz telefon texnologiyasıdır.
4G-in dünyada ən yayılmış texnologiyası LTE sayılır və buna görə də hər iki söz bu məzmunda sinonim sayılır.
Xeyr. Azercell abunəçiləri 4G sürətindən istifadə etmək üçün əlavə heç bir ödəniş etməli deyil. 4G daha bahalı və ya ucuz deyil, sadəcə daha sürətlidir.
4G-nin üstünlüklərindən istifadə etmək üçün 4G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyasını dəstəkləyən USİM sim kartının olması əsas şərtdir.
SİM kartınızın 4G dəstəkləməsini yoxlamaq üçün 4G yazıb 2525-ə göndərməyiniz kifayətdir.
Əgər SİM kartınız 4G-ni dəstəkləmirsə, bu nömrəni və şəxsiyyət vəsiqənizi sizə ən yaxın Azercell müştəri xidmətləri mərkəzinə təqdim edərək nömrənizin 4G dəstəkləyən dublikatını əldə edə bilərsiniz.
Əgər mobil telefonunuzda 4G avtomatik olaraq aktiv olunmayıbsa, əməliyyat sistemindən asılı olaraq telefonunuzda aşağıdakı qaydada 4G rejimini aktiv etmək mümkündür:
iOS:
Menyu → Ayarlar → Hücresel → Seçenekler → Ses ve veri → 4G (LTE)
Settings → Сellular → Cellular Data Options → Voice & Data → 4G (LTE)
Настройки → Сотовая связь → Параметры данных → Голос и данные → Выбрать 4G (LTE)
Android:
Aşağıda qeyd olunan qaydada telefonda 4G rejimini aktiv edə bilərsiniz:
Menyu → Ayarlar → Əlavə/Digər şəbəkələr/Digər → Mobil şəbəkələr → Şəbəkə rejimi → LTE (və ya GSM/WCDMA/LTE avtomatik bağlantı)
Abunəçi 4G (LTE) şəbəkəsində ortalama:
Bakı, Abşeron ərazisində 15 Mbit/s endirim sürəti, 5-7 Mbit/s-yə qədər yükləmə sürəti, bölgələrdə isə 10 Mbit/s endirim sürəti, 5 Mbit/s-yə qədər yükləmə sürəti ilə təmin edilir.
4G şəbəkəsində ideal şəraitdə endirim sürəti saniyədə 300 Mbit/s, yükləmə sürəti isə 200 Mbit/s təşkil edir.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır