ÜMUMİ MƏLUMAT
10GB internet paketi cəmi 15AZN.
İstifadə Müddəti:
Paketin istifadə müddəti 30 gün təşkil edir.
Qoşulma
- 10 yazıb 2525-ə göndərmək və ya *100*10#YES yığmaq
Əlavə Məlumat
- SimSim və fakturalı xətt abunəçilərinə İnternet-paketi dərhal 30 gün üçün aktiv edilir və bu müddət bitdikdən sonra SimSim abunəçilərinin balansında kifayət qədər vəsait olduqda, abunəlik avtomatik davam etdirilir. Balansda kifayət qədər vəsait olmadıqda, sistem 90 gün ərzində balansın artırılmasını yoxlayır. Fakturalı xətt abunəçiləri üçün isə internet paketi xidmətdən imtina edilməyənədək hər fakturada yenilənir. Nömrənin xətti ikitərəfli bağlı olduqda, sistem 90 gün ərzində abunə xəttinin statusunu yoxlayır. Xətt qeyd olunan müddət ərzində aktiv olunmadıqda, abunəlik ləğv edilir.
- İnternet trafikin balansını öyrənmək üçün 2525-ə boş SMS göndərmək və ya telefonun ekranında *100#YES yığmaq lazımdır (bu halda məlumat pulsuz təqdim olunur). Fakturalı xətt abunəçiləri paketlərə qoşulduqda balanslarını növbəti faktura dövründən etibarən öyrənə bilərlər. Fakturalı xətt abunəçiləri üçün 2525 qısa nömrəsinə göndərilən SMS-in qiyməti ƏDV daxil 0.01 AZN təşkil edir, fakturasız xətt abunəçiləri üçün SMS pulsuzdur.
- Təqdim olunan İnternet paketinin həcmi istifadə müddətindən tez bitərsə, abunəçinin istifadə müddətinin sonunadək İnternetə giriş imkanı dayandırılacaq və paket seçimi üçün www.azercell.com saytına yönləndirilmə aktiv ediləcək.
- SimSim və fakturalı xətt abunəçiləri İnternet paketlərdən dərhal imtina etmək üçün "stop ay" və ya "0" yazıb 2525-ə göndərməlidirlər və ya ekranda *100*0#YES kodunu yığmalıdırlar (bu halda abunəçinin balansındakı internet trafiki dərhal ləğv olunacaq).
- Hesablama intervalı hər bayt üzrə aparılır.