get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Kampaniyalar

Aylıq internet paketləri

images

Ümumi məlumat

Azercell tərəfindən təqdim olunan aylıq internet paketləri internet xərclərinizə qənaət etməyə kömək edəcək. Aylıq internet paketləri barədə ətraflı məlumatlar asağıda qeyd olunub:

İnternet paketləri

  • Paketi deaktiv etmək üçün *100*0#YES  yığılmalıdır.
  • Paketin avtoyenilənməsini dayandırmaq üçün *100*00#YES yığılmalıdır.

Qeyd: Paket deaktiv edildikdə qalıq MB-lar silinir.

Əlavə məlumat

Aylıq internet paketlərinin istifadə müddəti 30 gündür və 30 günün tamamında balansda kifayət qədər vəsait olduqda paket avtomatik olaraq yenilənir.

Müddət bitdikdə istifadə edilməyən internet həcmi ləğv edilir və qalıq növbəti aya keçmir.

İstifadə müddəti bitdikdən sonra 90 gün ərzində sistem tərəfindən paketin yenilənməsinə cəhd olunacaq və paketin həcmi tam bitməyibsə, 24 saat ərzində abunəçi paketin qalığından istifadə edə biləcək. 90 gün bitdikdə yeni paket sifariş verilməzsə, internetdən istifadə cari tarifə müvafiq olaraq hesablanacaq.

50GB-lıq internet paketi çərçivəsində 50GB istifadə olunduqdan sonra sürət
128 kbit/san.-dək azalır. 50GB-lıq paketin həcmi bitdikdə abunəçi paketi yeniləmək üçün xüsusi səhifəyə (www.internet.azercell.com) yönləndirilir. Paket yenilənmədikdə belə abunəçi qaldığı səhifəni yeniləyərək internetdən aşağı sürətlə istifadəni davam edə bilər.

Fakturasız xətt abunəçisi fakturalı xətt sisteminə keçdikdə (və ya əksinə) internet paketləri ləğv olunur.

Mövcud qaydalara əsasən eyni qrupdan sifariş olunan paketlər arasında kiçik həcmdə sifariş olunan paketin prioriteti daha üstündür. 

Xətti birtərəfli və ya ikitərəfli (Fakturalı xətt nömrələrində birtərəfli) bağlı olan nömrələrdə aylıq internet paketləri yenilənmir. 90 gün ərzində nömrənin xətti açılarsa, balansda kifayət qədər vəsait olduqca paket avtomatik olaraq yenilənir. Nömrənin xətti açıq olmadığı təqdirdə, internet paketi ləğv olunur. Bu barədə abunəçiyə SMS-bildiriş göndərilir və paketsiz internetdən istifadə hər meqabayta müvafiq olaraq tarif qiymətinə uyğun hesablanır.

Nömrəsinin xətti birtərəfli bağlı olduğu halda, fakturalı xətt abunəçisi aylıq internet paketindən istifadə edə bilməz.

Fakturalı xətt abunəçisinin nömrəsinin xətti istəyinə uyğun bağlanarsa və nömrədə avtoyenilənmə tətbiq edilən hər hansı bir aylıq internet paketi varsa, abunə müddəti bitdikdə həmin internet paket yenilənməyəcək. Paketin yenilənməsi üçün nömrənin xətti açıldıqdan sonra nömrənin balansına müvafiq ödəniş edilməlidir.

Qiymətlərə ƏDV daxildir