Azərbaycan
2021-ci il mədəniyyətimizin xəzinəsi olan dahi Nizami Gəncəvi yaradıcılığının 880 illliyi münasibətilə “Nizami Gəncəvi ili” elan edildi. Nizami irsini təbliğ etmək məqsədi ilə Azercell tərəfindən əlifbamızın hərfləri şairin yaradıcılıq ruhuna uyğun dizayn edildi.
Müxtəlif sosial şəbəkələrdə reallaşdırılan müsabiqələr Nizami irsinə olan marağı daha da artırdı. İzləyicilər “Xəmsə”nin əsas qəhrəmanlarını əks etdirən hərfləri paylaşaraq dahi şairin yaradıcılıq xəzinəsini geniş kütlə ilə bölüşmüş oldular.
Odur ki, siz də hazırda Facebook və Instagram üzərindən keçirilən müsabiqəyə qoşulun və 100 AZN-lik hədiyyə kartlarından birini əldə edin.
Fərqli obraz, simvol və hekayələri ifadə edən hərflərdən ibarət əlifba hər kəs üçün əlçatandır. Belə ki, nizami880.az vebsaytına daxil olaraq istənilən sözü bu hərflərdən istifadə etməklə yazmaq mümkündür.
Həmçinin xüsusi hərflərlə yazılmış adınızı Facebook örtük şəkli və ya PNG formatında yükləyərək sosial şəbəkələrdə istifadə edə bilərsiniz.
Qeyd edək ki, "Nizami Gəncəvi ili" ilə bağlı müsabiqələr davam etməkdədir. Yeniliklərdən xəbərdar olmaq üçün sosial səhifələrimizi izləməkdə davam edin.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır