* 12.02.2013 tarixindən 10 GB = 10 AZN kampaniyası dayandırılır. Son qoşulma tarixi 12 fevraldır.
Bu tarixdən daha əvvəl 10 GB = 10 AZN kampaniyasına qoşulan abunəçilər isə kampaniya şərtlərindən yararlanmaqda davam edəcəklər.
* 07 fevral 2013-cü il tarixindən etibarən "10-luq kampaniyasına" aşağıdakı dəyişiklik ediləcək. Beləliklə, hər bir cari faktura dövrü ərzində abunənin balansında 10 GB aylıq paketin həcmi vaxtından əvvəl bitdikdə həmin abunə üçün mobil internetin sürəti 128Kbps-dək enəcək və abunə cari faktura dövrünün sonunadək internet xidmətindən limitsiz və pulsuz istifadə edə biləcək. Bu yeni şərt eyni zamanda 10-luq kampaniyasına 07 fevral 2013-cu il tarixinədək qoşulmuş abunələrə də tətbiq ediləcək.
Qeyd: Əgər abunəçidə 10 GB vaxtından tez bitərsə və abunəçi "Gün", "Gecə" və ya "Limitsiz" paket seçərsə sürət müvafiq müddətə (1,3,24 saat və s.) qalxır. Yəni abunəçi 10GB bitdikdən sonra sürətin azalmasını istəmədikdə qeyd olunan alternativ variant təklif edilə bilər.
* 10luq kampaniyası çərçivəsində nömrədə 10 ay tamam olubsa və Abunəçi 10 GB-lıq paketdən istifadə etməyi davam edərsə 10 GB aylıq paketin həcmi vaxtından əvvəl bitdikdə həmin abunə üçün mobil internetin sürəti 128Kbps-dək enəcək və abunə cari faktura dövrünün sonunadək internet xidmətindən limitsiz və pulsuz istifadə edə biləcək.
* 7 iyun 2012-ci il tarixindən etibarən "10luq kampaniya" adı ilə yeni, USB Modem kampaniyası keçiriləcəkdir. Kampaniya çərçivəsində, abunəçi 10 faktura dövrü ərzində hər fakturada 10 AZN ödəmək şərtilə 10 GB həcmli (hər faktura üçün) Mobil İnternet paketindən istifadə etmək və bunun müqabilində USB modem cihazı əldə etmək imkanı qazanır.
* Bu kampaniya həmçinin korporativ abunəçilər üçün nəzərdə tutulub. Korporativ statusa malik abunəçilərə əlavə güzəşt olaraq hər fakturada mobil internet paketi üçün 20% endirimlə 8 AZN (ƏDV daxil) ödəmə etmək imkanı təqdim ediləcəkdir.