get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Bitmiş Kampaniyalar

HƏDİYYƏLİ BALANS LOTEREYASI

images

«Azercelldən hədiyyəli Balans» Stimullaşdırıcı lotereya, «Azercell Telekom» MMC-nin məhsulu olan ”ödəniş kartları”-nın, balansın müxtəlif ödəmə vasitələri ilə (Simkredit və balansdan balansa digər köçürmələr, habelə balansın qəpiklə ifadə olunan hissələri istisna olmaqla) artırılmasını stimullaşdırmaq məqsədi daşıyır.

«Azercell Telekom» MMC-nin 18 yaşına çatmış fakturasız xətt abunəçisi lotereyada iştirak etmək üçün balansını ən azı tam olaraq 1,00 AZN məbləğində artırıb, könüllü şəkildə 24.01.2019- 29.12.2019 -cu il tarixlərində 5353 (qiyməti 0,00 AZN) qısa nömrəsinə boş SMS göndərib xal toplamaqla stimullaşdırıcı lotereyanın iştirakçısı olmaq hüququnu əldə edir.

Lotereyada iştirakını dayandırmaq üçün:

  • 5355 -ə boş SMS göndərmək;
  • 6015 qısa nömrəsinə zəng etmək (1-ci dəqiqə pulsuzdur);
  • Azercell nömrələrini support@hediyyelibalans.az e-poçt ünvanına, mövzu hissəsinə “STOP” yazaraq göndərmək nəzərdə tutulmuşdur

Lotereyanın uduş fondu 1 000 000 AZN təşkil edir. Hər tirajda 10 uduş olmaqla uduşların sayı cəmi 340 ədəd nəzərdə tutulmuşdur:

  • 306 ədəd 1000 AZN, cəmi 306 000 AZN;
  • 21 ədəd 10 000 AZN, cəmi 210 000 AZN;
  • 8 ədəd 25 000 AZN, cəmi 200 000 AZN;
  • 3 ədəd 50 000 AZN, cəmi 150 000 AZN;
  • 1 ədəd 34 000 AZN, cəmi 34 000 AZN;
  • 1 ədəd 100 000 AZN, cəmi 100 000 AZN.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.5-ci və 102.1.26-cı maddələrinin tələblərinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) 10 manatadək olan hissəsi gəlir vergisindən azad olmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Qiymətlərə ƏDV daxildir