İndi 500 MB, 1 GB, 5 GB,10 GB, 30 GB və 50 GB-lıq aylıq internet paketlərində MB-lar bitdikdən sonra belə, WhatsApp-da yazışmanızı PULSUZ davam edə biləcəksiniz.
MB-lar bitdikdə belə, yaxınlarınızla istədiyiniz qədər ürəklə yazışın!
Bütün aylıq internet paketləri sifariş etmiş abunəçilər PULSUZ WhatsApp kampaniyasına avtomatik olaraq qoşulur.
Azercell abunəçilərinin nəzərinə: 19.02.2021-ci il tarixindən etibarən, “WhatsApp” güzəştli kampaniyası çərçivəsində aylıq (500MB, 1GB, 5GB, 10GB, 30GB və 50GB həcmli) internet paketlərində əlavə ödənişsiz WhatsApp ilə mətnli yazışma üçün trafikə 1GB həcmində limit tətbiq edilir, müvafiq həcmdən 128 kb/san. sürətlə istifadə imkanı veriləcək. Aylıq internet paketlərində, əlavə WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB-lıq həcm bitdikdən sonra, WhatsApp mətnli yazışmalar üçün istifadə nömrədə mövcud olan cari aylıq internet paketlərinə əsasən təmin ediləcək. Bu zaman aylıq internet paketinin həcmi də bitdikdən sonra, istifadə məhdudlaşdırılaraq və xüsusi keçid səhifəsinə yönləndirilmə baş verəcək.
Qeyd: Abunəçilər göstərilən dəyişiklər, internet paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Pulsuz WhatsApp yalnız mətn yazışmalarına aiddir və səsli mesajlara, video zənglərə və sms-lərə şamil edilmir.
WhatsApp kampaniyası çərçivəsində mətn yazışması üçün təqdim olunan trafikə 128 kbt/san sürət limiti tətbiq olunur.