Azercell-in 30 illik yubileyini qeyd etmək üçün “30 il səninlə” adlı stimullaşdırıcı lotereyaya start veririk!
Şəhərin mərkəzində mənzil, Toyota Corolla Cross avtomobilləri və iPhone 17 Pro smartfonlarının da daxil olduğu möhtəşəm hədiyyələrdən birinin sahibi ola bilərsiniz.
Siz də lotereyaya qoşulun, qazanmaq şansını qaçırmayın!
Azercell tətbiqində "Lotereya" bölməsinə daxil olub " Lotereyaya qoşul" düyməsinə klikləməklə və ya 3035 qısa nömrəsinə START yazıb göndərməklə lotereyaya qoşula bilərsiniz. Lotereyaya qoşulmaq ödənişsizdir.
Fakturasız xətt üzrə şansların qazanılması və Azercell tətbiqində Lotereya bölümü 19 Oktyabr tarixindən etibarən aktiv olacaq.
Şansları necə qazanmaq olar?
5 AZN və ya daha çox məbləğdə balansınızı artırın və hər 1 AZN üçün 1 şans qazanın. 5 AZN-dən aşağı balans yükləmələrinə görə şans təqdim edilmir. Uğurlu balans yükləməsindən sonra şanslar hesabınıza əlavə olunur. Nümunə: 10 AZN məbləğində balans artımı = 10 şans 5 AZN-dən az balans artımı = 0 şans
Daha çox xərclə, daha çox şans qazan. Müvafiq məhsul və xidmətlərə xərclədiyin hər 1 AZN sənə 1 şans təqdim edir. Faktura məbləğindən asılı olaraq 5 dəfəyədək çox şans qazanmaq mümkündür. Şansların aşağıdakı cədvələ uyğun əmsallara vurularaq hesablanacaq:
5 AZN-dək: 1 qat
5 AZN-dən 20 AZN-dək: 2 qat
20 AZN-dən 50 AZN-dək: 3 qat
50 AZN və daha yuxarı ödənişlərdə: 5 qat
Şansları əldə etmək üçün hesab-fakturanı vaxtında və tam məbləğdə ödəmək lazımdır.
Şans paketlərini əldə edin. Mövcud 8 şans paketindən birini aktivləşdirərək şəbəkədaxili dəqiqələr və əlavə şanslar qazanmaq mümkündür.
Şans paketləri:
Qiymət
Lotereya şansı
Şəbəkədaxili dəqiqə
İstifadə müddəti
Şans paketi 3
1 AZN
3
10 dəqiqə
1 gün
Şans paketi 10
3 AZN
10
30 dəqiqə
3 gün
Şans paketi 25
5 AZN
25
50 dəqiqə
5 gün
Şans paketi 60
10 AZN
60
100 dəqiqə
7 gün
Şans paketi 150
20 AZN
150
200 dəqiqə
7 gün
Şans paketi 250
30 AZN
250
400 dəqiqə
10 gün
Şans paketi 500
50 AZN
500
1000 dəqiqə
15 gün
Şans paketi 1200
100 AZN
1200
2000 dəqiqə
20 gün
Nə qədər çox şans toplasanız, lotereyadakı iştirak şanslarınız və hədiyyə qazanmaq fürsətiniz o qədər artır.
Qeydlər:
Qazanılan bütün şanslar aylıq hesab-faktura tam məbləğdə ödənildikdən sonra, tirajdan əvvəl hesaba əlavə olunur.
Cari şans balansınızı tirajdan əvvəl Azercell tətbiqinin lotereya səhifəsindən yoxlaya bilərsiniz.
Qalib lotereya müddəti ərzində toplanmış bütün uyğun şanslar arasından təsadüfi seçim üsulu ilə müəyyən edilir.
Hər şans tirajda əlavə iştirak fürsəti deməkdir. Nə qədər çox şans varsa, qazanmaq ehtimalı da bir o qədər yüksəkdir.
Lotereyanın keçirildiyi müddət ərzində qazanılan, lakin uduş əldə etməyən bütün şanslar Meqahədiyyə — mənzil tirajında iştirak üçün aktiv olaraq qalır.
Daha çox şans = daha çox qazanmaq fürsəti!
Lotereya çərçivəsində möhtəşəm hədiyyələr təqdim olunur:
Meqa hədiyyə — şəhərin mərkəzində mənzil
Toyota Corolla Cross avtomobilləri
iPhone 17 Pro smartfonları
Qaliblər canlı yayımda elan ediləcək və bizim rəsmi kommunikasiya kanallarımız vasitəsilə məlumatlandırılacaqlar.
Yalnız müvafiq əməliyyatlar nəticəsində qazanılmış şanslar nəzərə alınır. Şansların mövcud olması hədiyyə qazanmağa zəmanət vermir. Qaliblər təsadüfi seçim üsulu ilə müəyyən edilir. Nə qədər çox şans varsa, tirajda bir o qədər çox iştirak imkanı və buna görə də hədiyyə qazanmaq fürsəti yüksək olur. Hədiyyəni rəsmi olaraq yalnız 18 yaşlı və ya daha yuxarı yaşda olan nömrə sahibi əldə edə bilər. Lotereyaya qoşulan abunəçilər nömrədə addan-ada keçirilmə prosesi edərsə, fakturasız xəttdən fakturalı xəttə və ya fakturalı xəttdən fakturasız xəttə keçid edərsə lotereyada iştirak dayandırılır və şanslar sıfırlanır.
İstehlakçı seqmentinə aid fakturalı xətt abunəçisinizsə, şanslarınız hesablaşma dövründən asılı olaraq 25 sentyabr 2026-cı il və 5 Oktyabr 2026-cı il tarixindən hesablanmağa başlayır.
Xeyr. Qoşulma üçün əlavə haqq tələb olunmur. Adi qaydada Azercell-in müvafiq məhsul və xidmətlərini əldə etməklə, həmçinin balans artımı və xüsusi məhsullar (məs. Şans paketləri) əldə etməklə lotereyada iştirak şansları qazana bilərsiniz.
Mobil nömrəsi öz adına rəsmiləşdirilmiş, istehlakçı seqmentinə aid, 18 yaş və yuxarı fakturasız və fakturalı Azercell abunəçiləri iştirak edə bilərlər.
Əgər lotereya üçün qeydiyyatdan keçə bilmirsinizsə, aşağıdakıları yoxlayın:
1) İstehlakçı seqmentində fakturalı və ya fakturasız xətt abunəçisi olduğunuza əmin olun;
2) Lotereyada iştirakı məhdudlaşdırılan tarif və nömrələrin sahibi olmadığınızı yoxlayın;
3) Nömrənin aktiv statusda olduğuna əmin olun - nömrə aktiv olmadıqda lotereyaya qoşulmaq mümkün deyil.
Fakturalı xətt abunəçisinizsə, qazandığınız şanslar hər tirajdan öncə (30 noyabr və 30 dekabr tarixlərindən əvvəl) tətbiqdə əks olunur. Şans sayını həmçinin SHANS yazıb 3035 qısa nömrəsinə göndərməklə də öyrənə bilərsiniz.
Şanslarınızın tirajda oynanılması üçün faktura borcunuz fakturanın kəsildiyi tarixdən etibarən 21 təqvim günü ərzində tam ödənilməlidir. Əks halda, şanslarınız hesablanmayacaq və müvafiq tirajda oynanılmayacaq.
Xeyr. Korporativ (B2B), Diler, Data, Ailə, Turist və Əsgərcell tariflərində olan nömrələr kampaniyada iştirak etmir.
Şans paketləri şəbəkədaxili dəqiqələr və əlavə lotereya şansları təqdim edən xüsusi paketlərdir. 1 AZN-dən başlayan qiymətlərlə müxtəlif Şans paketlərini əldə edə bilərsiniz. Ətraflı məlumat üçün Azercell tətbiqinin "Lotereya" bölməsinə daxil ola və ya INFO yazıb 2425-ə göndərə bilərsiniz.
Bəli. Öz adına rəsmiləşdirilmiş fakturasız və ya fakturalı istehlakçı seqmentinə aid nömrələrinizin hər biri ilə ayrıca qoşularaq iştirak edə bilərsiniz; hər nömrə öz şanslarını müstəqil qazanır.
Əgər abunəçi lotereya iştirakçısıdırsa, lotereyada iştirakı dayandırılır və qazanılan şanslar sıfırlanır. Keçid baş verdikdən sonra abunəçi lotereyaya qoşulmaq üçün uyğun tarifdə və şərtləri ödəyirsə, yeni lotereya iştirakçısı kimi 0-dan qoşula bilər.
Bu halda iştirak dayandırılır və şanslar sıfırlanır.
Bəli, yaşadığınız ölkədən asılı olmayaraq, Azərbaycan Respublikasında qeydiyyatda olan və öz adına rəsmiləşdirilmiş fakturasız və ya fakturalı istehlakçı seqmentinə məxsus nömrəniz varsa, iştirak edə bilərsiniz.
Hər iki seqment üzrə şansların sayı məbləğ yuvarlaqlaşdırıldıqdan sonra hesablanır. 0,90 AZN–0,99 AZN aralığında olan məbləğlər yuxarı həddə yuvarlaqlaşdırılır.
Seçilmiş tərəfdaş xidmətləri üzrə ödənişlər, xeyriyyəçilik və ianə ödənişləri, paycell, simkredit xidmətləri üzrə ödənişlər və müəyyən xidmətlər şans yaratmır.
Xeyr, bir abunəçinin əldə edə biləcəyi şans sayı məhdudlaşdırılmır - nə qədər çox uyğun əməliyyat etsəniz, bir o qədər çox şans qazanırsınız.
Fakturalı xətt abunəçiləri üçün tirajlar 30 noyabr və 30 dekabr 2026 tarixlərində, cəmi 2 dəfə keçirilir. Mənzilin oynanılacağı Yekun Meqa tiraj isə 30 dekabr 2026-cı ildə, hər iki xətt abunəçilərin birgə iştirakı ilə keçiriləcək.
30 noyabr və 30 dekabr tarixli tirajların hər birində 6 ədəd iPhone 17 Pro 256GB və 1 ədəd Toyota Corolla Cross qalibi müəyyən edilir (iki tiraj üzrə cəmi 12 ədəd iPhone və 2 ədəd Toyota Corolla Cross).
Yekun Meqa tirajda fakturasız xətt abunəçiləri tərəfindən 19 oktyabr – 15 dekabr tarixləri arasında qazanılmış bütün udulmamış şansları, həmçinin fakturalı xətt abunəçiləri tərəfindən dörd hesablaşma dövrü (25 sentyabr – 5 dekabr) üzrə qazandığı bütün udulmamış şansları birgə iştirak edir. Beləliklə, tirajlarda uduş qazanmamış hər bir şansın mənzil üçün iştirak imkanı qalır.
Xeyr, uduşlu seçilmiş konkret elektron şans bir daha heç bir tirajda iştirak etmir. Amma bu məhdudiyyət yalnız həmin konkret şansa aiddir, nömrəyə deyil - sizin başqa şanslarınız digər tirajlarda uduşlu seçilə bilər və beləliklə bir neçə dəfə müxtəlif hədiyyələr qazana bilərsiniz.
Xeyr, lotereya çərçivəsində verilən hədiyyələr pul vəsaiti və ya başqa hədiyyələrlə əvəz olunmur.
Hədiyyə qazanmısınızsa, Azercell sizinlə mobil nömrə, tətbiq bildirişi, SMS və ya digər əlaqə vasitələri ilə əlaqə saxlayaraq məlumat verəcək. Hər tirajın nəticələri, o cümlədən qaliblər haqqında məlumat, tirajın keçirildiyi tarixdən sonra 5 iş günü ərzində Azercell-in rəsmi internet səhifəsində və/və ya rəsmi kommunikasiya kanallarında (canlı yayım da daxil olmaqla) elan olunur. Elanda qalibin adı, soyadı və mobil nömrəsinin son iki rəqəmi maskalanmış formada göstərilə bilər.
Tirajın keçirildiyi tarixdən sonra ən geci 7 iş günü ərzində başlayan və 90 iş günündən az olmayan müddət ərzində Azercell-ə müraciət edərək tələb olunan sənədləri (ad, soyad, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, öz adına rəsmiləşdirilmiş mobil nömrə, zərurət yarandıqda etibarnamə, vərəsəlik və ya himayəçiliklə bağlı sənədlər) təqdim etməlisiniz.
Təqdim etdiyiniz sənədlər yoxlanılıb uyğunluq təsdiqləndikdən sonra, hədiyyə 30 iş günündən gec olmayaraq sizə təhvil verilir. Toyota Corolla Cross və mənzil kimi hədiyyələr üçün mülkiyyət hüququnun rəsmiləşdirilməsi və (nəqliyyat vasitəsi üçün) dövlət qeydiyyatı prosedurlarına uyğun əlavə sənədləşmə tələb olunur.
Təqdim etdiyiniz məlumatlar yanlış, saxta və ya natamam olarsa; istifadə etdiyiniz mobil nömrə öz adınıza rəsmiləşdirilməyib və müvafiq sənəd təqdim edilməyibsə; tələb olunan müddət ərzində Azercell ilə əlaqə saxlanılmasa; hədiyyədən özünüz imtina etdikdə; və ya bu şərtlərdə göstərilən digər tələblərə cavab verməsəniz, Azercell hədiyyənin verilməsindən imtina edə bilər.
Lotereyada iştirak etməklə şəxsi məlumatlarınızın lotereyanın təşkili, keçirilməsi, qaliblərin müəyyən edilməsi və uduşların verilməsi məqsədilə işlənməsinə razılıq vermiş sayılırsınız. Bütün məlumatlar "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun qorunur və yalnız lotereya ilə bağlı məqsədlər üçün istifadə olunur.