“GiqaAddım” kampaniyasına qoşularaq 5GB qazan!
Bu kampaniyaya qoşularaq sağlam həyat tərzini qoru, gündəlik 10.000 addım ataraq hər gün 1GB, 7 gün ardıcıl hədəfi tamamladıqda isə 5GB internet əldə et.
Kampaniyaya qoşulmaq çox sadədir: Azercell tətbiqinə daxil ol, əsas səhifədə “İndi qoşul” düyməsinə kliklə və addımların avtomatik izlənilməsi üçün cihazındakı “Sağlamlıq” tətbiqinə girişə icazə ver. İcazə verdiyin andan etibarən atdığın addımlar tətbiqdə əks olunacaq.
Hədəfə çatıb-çatmadığını yoxlamaq üçün tətbiqin əsas səhifəsində xüsusi ayrılmış bölmədən irəliləyişini rahatlıqla izləyə bilərsən. Addım hədəfini tamamladıqda isə “Əldə et” düyməsinə klikləyərək hədiyyəni aktivləşdirə bilərsən.
Qeydlər:
Qeyd: Azercell kampaniya müddətində, aşağıda sadalanan sui-istifadə və ya qayda pozuntuları aşkar etdikdə iştirakçıya qarşı tədbirlər görmək, o cümlədən iştirakçıların kampaniyada iştirakını müvəqqəti və ya daimi məhdudlaşdırmaq hüququna malikdir:
Addım sayı və ya fiziki aktivlik göstəricilərinin faktiki fiziki fəaliyyətlə uyğunsuzluq təşkil etdiyi və ya kampaniyanın məqsədinə uyğun olmayan üsullarla formalaşdırıldığının müəyyən edilməsi;
Kampaniyanın məqsədinə zidd olaraq texniki vasitələrdən, proqram təminatından və ya digər üsullardan istifadə etməklə üstünlük əldə etməyə cəhd göstərilməsi;
Kampaniyanın ədalətli keçirilməsinə mane olan və ya digər iştirakçıların hüquqlarını pozan davranışlar;
Eyni şəxs tərəfindən təkrar və sistematik pozuntulara yol verilməsi.
Kampaniya 31 avqust 2026-cı il tarixində başa çatacaq.
Kampaniya fakturasız xətt üzrə “DigiMax”, “Premium+”, fakturalı xətt üzrə isə “Alfa Plan”, “SuperSən” və “Premium” tarif istifadəçiləri üçün nəzərdə tutulub.
Əgər kampaniya tətbiqdə görünmürsə, qeyd olunan tarif paketlərindən birinin aktiv olduğuna əmin ol. Əgər bu tariflərdən istifadə etmirsənsə, keçid şərtləri ilə tanış olaraq uyğun tarifə keçid edə bilərsən. Ətraflı: Fakturasız xətt tarifləri | Azercell, Fakturalı xətt tarifləri | Azercell