get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Xüsusi təkliflər

Yeni 010 nömrələr

Qaliblərin seçimi!

images

Azercell-dən — qalib xalqa!

Yeni "010" prefiksli nömrələr artıq satışda. Əsl qaliblər Azercell-i seçir. Sən də öz seçimini et!

Ümumi məlumat

Yeni prefiksli nömrəyə sahib ol və aşağıda qeyd edilən tariflərdən birinə abunə ol:

Fakturasız xətt abunəçiləri üçün:

Fakturalı xətt abunəçiləri üçün:

 

 

Nömrə seçimi

Mövcud nömrələrin seçimi ve onlayn alışı üçün www.azercellim.com veb-səhifəsinə keçid etmək olar.

 

Əlavə məlumat

Nömrəni onlayn şəkildə sifariş edib ödənişi həyata keçirdikdən sonra qeyd olunan əlaqə nömrəsinə xüsusi kod göndəriləcək.

Həmin kodu istənilən Azercell satış nöqtəsinə təqdim etməklə nömrəni əldə etmək olar.

Fakturasız xətt sisteminə aid nömrəni aktiv etmək üçün nömrənin dəyəri və seçilmiş tarifin abunə haqqı ödənilməlidir.

Fakturalı xətt sisteminə aid nömrəni aktiv etmək üçün isə nömrənin dəyərindən əlavə seçilmiş tarif paketinin abunə haqqı ödənilməli və balansa 2 AZN (yeni 010 prefiksin dəyəri) yüklənilməlidir. İlk qoşulma zamanı “SuperSən” və “Premium” tariflərinə birdəfəlik 50% endirim tətbiq olunur.

Qeyd: Fakturalı xətt abunəçilərində tarif bonusları nömrə aktiv olunduğu gün, gecə 00:00-da əlavə olunur. Bu vaxtadək internet istifadəsi tarifin standart şərtlərinə uyğun hesablanacaq.

Dəyəri 1000 AZN-dək olan bütün nömrələr yalnız qeyd edilən tariflərdən birinə abunə olmaqla aktivləşdirlir.

Qiyməti 1000 AZN-dən yuxarı olan nömrələr isə istənilən tarifə qoşulmaqla aktivləşdirilə bilər.

Yeni prefiksli nömrələr həm fakturalı, həm də fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub.

Mövcud nömrələri www.azercellim.com veb-səhifəsi vasitəsilə seçmək və sifariş etmək mümkündür. Ödənişi onlayn şəkildə etdikdən sonra qeyd olunan əlaqə nömrənizə və elektron poçt ünvanınıza əldə olunmuş yeni nömrə və sifariş kodu göndəriləcək. Bu məlumatları 7 gün ərzində istənilən Azercell Eksklüziv ofislərindən birinə təqdim etməklə nömrəni əldə etmək olar.

Yeni prefiksli nömrələrin satışı aşağıda qeyd olunan qaydalara əsasən həyata keçirilir:

  1. Dəyəri 1000 AZN-dək olan nömrələri əldə etmək istəyən Fakturasız xətt abunəçiləri mütləq “Sadə 6”, “İstəsən”, “SuperSən”, “Premium” və ya “GəncOL” tariflərindən birinə, Fakturalı xətt abunəçiləri isə “SuperSən” və “Premium” tariflərindən birinə abunə olmalıdırlar. 

    Fakturasız xətt abunəçiləri üçün:

    Fakturalı xətt abunəçiləri üçün:

  2. Dəyəri 1000 AZN-dən yüksək olan nömrələri əldə etmək istəyən şəxslər isə istənilən tarifi seçib abunə ola bilərlər. 

Fakturalı xətt abunəçiləri nömrələrini fakturasız xətt sisteminə və əksinə keçirə bilərlər.

Nömrə aktiv edilən andan etibarən 30 gün ərzində bir tarifin digəri ilə əvəz edilməsi üçün xidmət haqqı pulsuzdur. Mövcüd tarif bonusları keçid zamanı silinir.

 

Fakturalı xətt sisteminə aid nömrə borc səbəbilə deaktiv olunubsa, onu yenidən aktiv etmək mümkün deyil.

Abunəçi nömrənin aktiv edilməsi üçün təqdim olunan tariflərdən birini seçib abunə olduqdan sonra istənilən digər mövcud tariflərdən birinə keçid edə bilər.

Fakturasız xətt abunəçiləri nömrəsini Fakturalı xəttə dərhal keçirə bilərlər. Fakturalı xətt nömrəsini isə 24 saat ərzində Fakturasız xəttə keçirmək mümkündür.

Yeni “010” prefiksli nömrə aktiv edildikdə abunəçiyə ilk öncə “Xoş gəldin” mesajı, daha sonra internet ayarları və tarifin aktiv olunması haqqında SMS göndərilir.

Seçilmiş tarifə uyğun olaraq abunəçinin nömrəsinə tarifin aktiv edilməsi barədə SMS bildiriş göndərilir.

Fakturasız xətt nömrələrində nömrə aktiv olan kimi tarifin internet bonusları dərhal təqdim olunur və internetdən istifadə ödənişsiz həyata keçirilir.