Müharibə veteranları təqvim ayı ərzində balanslarına birinci dəfə yüklənən məbləğ müqabilində əlavə olaraq eyni miqdarda vəsait əldə edirlər.
Kampaniya fakturasız xətt abunəçiləri üçün keçərlidir.
Kampaniya 02.04.2015 tarixindən keçirilir.
Qeyd:
26.09.2022-ci il tarixindən etibarən, Müharibə Veteranları kampaniyasına yeni qoşulmalar dayandırılıb. Həmin kampaniyaya 26.09.2022-ci il tarixinə kimi qoşulan abunəçilər, müvafiq kampaniyanı deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.
Qoşulmaq üçün şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən verilərək veteran statusunu təsdiq edən sənədlə Azercell Müştəri Xidmətlərinə və ya Azercell Ekspres ofislərindən birinə yaxınlaşın.
Yalnız Azərbaycan Respublikasının müvafiq dövlət qurumları - Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və ya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən veteranlara təqdim edilmiş rəsmi “Müharibə veteranı” vəsiqəsi ilə kampaniyaya qoşulmaq mümkündür. “Müharibə veteranı” vəsiqəsinin verilmə qaydası və nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.
Bu sənədlər şəxsiyyət vəsiqəsi ilə birlikdə istənilən Azercell Eksklüziv ofislərindən birinə təqdim etmək olar.
Kampaniyaya abunəni ləğv etmək üçün stopveteran açar sözünü 5005 qısa nömrəsinə göndərməlidirlər.
Kampaniya çərçivəsində bir dəfə abunəliyini dayandıran şəxslər yenidən abunə ola bilməzlər.
Bu kampaniya fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulmamışdır.
Müharibə veteranları təqvim ayı ərzində ilk yüklənən danışıq kartının nominalına uyğun məbləğdə bonus əldə edirlər
Balans “Paycell” vasitəsilə artırılan zaman bonus təqdim edilmir. Yalnız ödəniş kartı və ya nominal əsasında artırılan balans müqabilində bonus əldə etmək mümkündür.