Ümumi məlumat
Kampaniya çərçivəsində yeni nömrə almış, həmçinin nömrənin dublikatını çıxarmış (yeni nömrə alan fiziki şəxs) abunəçilərə “ZəngimCell” xidmətindən 30 gün müddətinə pulsuz yararlanmaq imkanı təqdim edilir. Xidmət aktivləşdirilən kimi abunəçiyə SMS xəbərdarlıq göndərilir. Mesajın mətnində, həmçinin xidmətdən imtina etmək üsulu barədə məlumat qeyd edilir.
Qeydlər:
- Xidmətdən istifadəyə görə balansdan heç bir vəsait çıxılmır;
- Qeyd edilən müddət ərzində heç bir məhdudiyyət qoyulmadan istənilən sayda “ZəngimCell” parçalarından faydalanmaq olar;
- “ZəngimCell” trekləri hədiyyə olaraq verilə və ya pulla dəyişdirilə bilməz;
- Xidmətdən istifadəni dayandırmaq üçün STOP yazıb 6070-ə göndərmək kifayət edir. Göndərilən mesaj üçün heç bir xidmət haqqı tutulmur;
- Qeyd edilən müddət başa çatdıqda xidmət avtomatik uzadılmır;
- Abunəçi xidmətdən istifadəni davam etdirmək istəyərsə, *606#YES yığıb 1 düyməsini seçməlidir;
- PULSUZ istifadə müddətinin bitməsinə 3 gün qalmış abunəçiyə bununla bağlı hər gün mesaj göndərilir, həmçinin bildirişdə xidmətdən istifadəni davam etdirmək istənildiyi təqdirdə təlimat barədə də məlumat əks etdirilir;
- “ZəngimCell” kodlarını http://www.zengim.az/ saytından, 6055 və ya +994 12 565 31 31 nömrələrinə zəng edərək, həmçinin WhatsApp üzərindən +994 51 404 31 31 nömrəsinə yazıb əldə etmək mümkündür.