get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

eSIM ilə rəqəmsal gələcəyə doğru

Azercell-in üstünlüklərindən eSIM ilə yararlan!

eSIM ilə rəqəmsal gələcəyə doğru

Daha təhlükəsiz

eSIM daha etibarlıdır, çünki virtual kart oğurlana və ya itirilə bilməz.

Daha rahat

eSIM ilə bir smartfonda bir neçə nömrə aktivləşdirmək mümkündür.

Ekoloji təmiz

eSIM tamamilə rəqəmsal olmaqla plastik karta ehtiyacı aradan qaldırır.

eSIM nədir?

eSIM yeni nəsil SIM texnologiyası olmaqla smartfonda quraşdırılmış rəqəmsal mikroçipdir. O, ənənəvi SIM kartla eyni şəkildə işləyir, lakin onu istifadə etmək üçün fiziki SIM karta ehtiyac yoxdur. eSIM-i bu xidməti təqdim edən operatorun “eSIM profilini” quraşdırmaqla aktivləşdirmək olar.

eSIM nədir?

eSIM-i aktivləşdirməzdən öncə aşağıda qeyd edilən 2 məqam nəzərdən keçirilməlidir

1

Mobil cihazın IMEI kodu

eSIM-i dəstəkləyən mobil cihazın IMEI kodunun qeydiyyatdan keçməsini yoxlamaq üçün linkə keçid et.

2

Cihazın internet bağlantısı

Cihazın internetə çıxışı (wi-fi və ya mobil internet) olduğundan əmin ol.

eSIM-i necə aktivləşdirmək olar?

eSIM "ASAN İmza"

eSIM "ASAN İmza"

Həm rəqəmsal, həm asan!

Əlavə məlumat

eSIM ilə plastik SIM karta ehtiyac yoxdur. eSIM yeni nəsil texnologiyadır, bu kart mobil cihaza inteqrasiya olunub. SIM kart vasitəsilə təqdim edilən bütün xidmətlər eSIM ilə də mövcuddur.

eSIM QR kodunu Azərbaycan Respublikası xaricində skan edib eSIM nömrəni aktivləşdirmək mümkündür.

Bunu yoxlamaq üçün *#06# yığmaq lazımdır. Mobil cihaz eSIM texnologiyasını dəstəklədiyi halda EID (eSIM dəstəkləyən cihazın seriya nömrəsidir) seriya nömrəsi əks olunmalıdır. Həmçinin, eSIM dəstəkləyən mobil cihazın IMEI kodu da qeydiyyatdan keçirilməlidir. Cihazın eSİM texnologiyasını dəstəkləməsini linkə keçid etməklə yoxlamaq olar.

Birdən çox nömrə sifariş edə və onları eSIM-i dəstəkləyən eyni və ya fərqli cihazlara quraşdırmaq mümkündür. Bir cihazda ola biləcək eSIM kartların maksimum sayı cihaz növünə və istehsalçıya görə dəyişir.

eSIM dublikatı:

1) azercellim.com saytından;

2) Azercell Müştəri Xidmətlərindən və ya rəsmi diler mərkəzlərindən əldə etmək mümkündür. Bunun üçün şəxsiyyət vəsiqəsi gərəklidir. 

İlk dublikat əməliyyatı ödənişsizdir. İkinci və növbəti dublikat əməliyyatıların qiyməti 3.54 AZN təşkil edəcək.

eSIM nömrəni cari mobil cihazdan silib başqasına quraşdırmaq mümkündür.

eSIM nömrəni azercellim.com-dan onlayn şəkildə - SIMA elektron imza vasitəsilə və ya Azercell Müştəri Xidmətləri, yaxud rəsmi diler mərkəzlərinə getməklə əldə etmək mümkündür.

QR kodu 12 ay ərzində 5 dəfəyə qədər skan etmək mümkündür. Göstərilən müddət ərzində istifadə limitini aşdıqda, eyni şərtlər ilə eSIM-i Azercell Müştəri Xidmətləri, rəsmi satış nöqtələri və ya dillerlərdən əldə etmək olar. 

SİMA bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır.

Azercellim.com saytından onlayn şəkildə eSIM əldə etdikdə, Abunə Müqaviləsinin imzalanması “SİMA” elektron imza vasitəsi ilə həyata keçirilir. Bu halda nömrə alışı üçün istifadə edilən cihazın ekranında Abunə Müqaviləsini imzalanmaq üçün əks olunan QR kod “SİMA” tətbiqi vasitəsi ilə oxudulmalıdır. Bu halda “SİMA” mobil tətbiqini istifadə etmək üçün ikinci cihaz tələb oluna bilər.

eSIM cihazdan silinibsə, lakin QR kodu varsa, onu skan edib və profili yenidən quraşdırmaq mümkündür. Bir QR kodundan profili 5 dəfə yenidən yükləmək olar. Bu zaman balans və telefon nömrəsi bərpa olunacaq. QR kod itirildikdə, ən yaxın Azercell müştəri xidmətləri mərkəzinə müraciət etmək lazımdır.

Onlayn eSIM aktivləşdirilməsi hər kəs üçün əlçatandır. Müqavilə bağlamaq üçün Azercell müştəri xidməti mərkəzlərinə müraciət etməyə ehtiyac yoxdur və istənilən vaxt bütün rəsmi prosedurları onlayn şəkildə tamamlamaq mümkündür.

eSIM ilə bütün mobil rabitə xidmətlərindən yararlanmaq olar.

Telefon itirildikdə, yaxud oğurlandıqda, ən yaxın Azercell Müştəri Xidmətləri Mərkəzinə müraciət etməklə nömrənin dublikatını əldə etmək mümkündür.

 

eSIM aktivləşdirilıməsi ilə bağlı problemlər yarandıqda qoşulma zamanı təlimatlara əməl edildiyinə və quraşdırma zamanı internet bağlantısının aktiv olduğuna əmin olmaq lazımdır.

İnternet yalnız eSIM-i aktivləşdirmək və ya ləğv etmək üçün tələb olunur. eSIM-in istifadəsi zamanı internetə ehtiyac yoxdur.

eSIM standart SIM-i tamamilə əvəz edir və ənənəvi SIM kartda aktivləşdirilən bütün xidmətlər olduğu kimi qalır.

azercellim.com saytının “SIM nömrəni eSIM-ə daşı” səhifəsində eSIM nömrəni rahatlıqla bərpa etmək mümkündür.

Bunun üçün yalnız bərpa ediləcək nömrə və nömrənin dublikatı çıxarılarkən göndərilən birdəfəlik bərpa kodu lazımdır.
Qeyd:
Kodun istifadə müddəti 24 saatdır. 

Abunəçilər eSIM “Asan İmza” nömrələrini onlayn satış platformamızdan azercellim.com vasitəsi ilə rezerv (rezervasiya zamanı nömrənin dəyəri (rüsumlar mövcud olduğu halda, nömrənin dəyərinə əlavə olunacaq) tam ödənilməlidir) edib istənilən Azercell satış ofisindən ala və ya birbaşa oflayn şəkildə istənilən Azercell satış ofisinə yaxınlaşıb əldə edə biləcəklər.

eSIM “Asan İmza” xidmətinin 3 növü təqdim olunur:

Vətəndaşlar (fiziki şəxslər) üçün Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün  Dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün  

Azercell satış nöqtəsində abunəçiyə təqdim edilən eSIM “Asan İmza” xidmətindən istifadə yalnız Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etdikdən və “Asan İmza” sertifikatı əldə etdikdən sonra mümkündür. ASXM-ə müraciət etmədikdə nömrədə “Asan İmza” xidməti aktiv olunmur.

Nömrə aktivləşdirildikdən və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzində (ASXM) müvafiq sertifikat əldə olunduqdan sonra “Asan İmza” xidməti vasitəsi ilə ilk autentifikasiya və ya imzalama zamanı abunəçidən əldə etdiyi eSIM “Asan İmza” xidmətindən istifadə edə bilməsi üçün müvafiq PIN 1 ve ya PİN 2 kodun təyin edilməsi tələb olunacaq. PIN 1 və PİN 2 kodlarının təyin edilməsi abunəçi tərəfindən mobil telefon və ya digər simsiz rabitə avadanlıqları vasitəsi ilə onlayn şəkildə həyata keçirilir.

eSIM  “Asan İmza”da PUK kod mövcud deyil. PIN 1 və PIN 2 səhv yığıldığı və nömrə blok olunduğu halda abunəçi blokdan çıxmaq üçün “Asan İmza” Çağrı Mərkəzi – 1847 nömrəsi ilə əlaqə saxlamalıdır.

Fiziki SIM karta bağlı olan “Asan İmza” nömrəsini eSIM əsaslı “Asan İmza” xidmətinə dəyişmək mümkündür. Bunun üçün www.azercellim.com saytında SIM nömrəni eSIM-ə daşı bölməsinə daxil olaraq tələb olunan məlumatların doldurulması zəruridir. Bu proses zamanı “Asan İmza” nömrəsi daşınmanı həyata keçirən abunəçidə aktiv olmalıdır. Əməliyyatın icrası OTP kod təsdiqi ilə həyata keçirilir.

Daşınma əməliyyatının dəyəri 3.54 AZN-dir.