get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

İnternet paketi haqqında məlumat

İnternet data

  • Paketə daxil olan İnternet data həcmi 12 GB
~30 saat

Video zəng

~160 saat

Sosial şəbəkələr

~300 saat

Onlayn oyunlar

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 19

İstifadə müddəti

  • İnternet paketin istifadə müddəti 30 gün

Sənə uyğun tarif təklifimiz

GəncOL

Gəncliyin dadını çıxar!

  • icon
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G9" yazıb 7575-ə göndər

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G6" yazıb 7575-ə göndər

Daha ətraflı
1 GB

İnternet

100 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G2" yazıb 7575-ə göndər

Daha ətraflı

*Qeyd: Yuxarıda qeyd edilən internetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər.

Əlavə məlumat

İnternet paketlərinə abunə olmaq üçün 3 üsul təqdim edilir: 

SMS vasitəsilə

"12" yazıb 2525-ə SMS göndərmək kifayət edir.

Fakturasız abunəçilər üçün 2525-ə göndərilən SMS-lər PULSUZDUR.

Fakturalı abunəçilər üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.

USSD kod vasitəsilə

*100*12#YES yığmaq kifayətdir.

"Azercell" tətbiqi vasitəsilə

"Azercell" tətbiqində istənilən internet paketini sifariş etmək olar. *110# kodunu yığaraq tətbiqi yükləmək üçün birbaşa keçid linkini əldə edəcəksiniz.

Aylıq internet paketini deaktiv etmək üçün fakturasız və fakturalı xətt abunəçiləri stop ay və ya 0 yazıb 2525-ə SMS göndərməli və ya *100*0#YES kodunu yığmalıdırlar. Bu halda, paket dərhal ləğv olunur. Aylıq paketə abunə ləğv edildikdə qalıq internet tam sıfırlanır və internetdən istifadə cari tarif planına müvafiq hesablanır.

İnternetə giriş tarif paketinin qüvvədəolma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü odur ki, internet balansını tam istifadə etdikdən sonra yenilənmə avtomatik olaraq baş verir. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönləndirilir.

Bu səhifəyə keçdikdən sonra abunəçi təqdim edilən 3 seçim imkanından faydalana bilər:

  1. Mövcud internet paketini yeniləmək;
  2. Daha böyük həcmdə internet paketini sifariş etmək;
  3. İnternetdən paketsiz istifadə etmək (1MB=0.05 AZN tarifi ilə).

İnternet paketi olmadıqda internetdən istifadə GəncSim və Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün isə 1 MB=0.40 AZN tarifi ilə hesablanır.

50GB-lıq internet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yenilənməyə qədər internetdən pulsuz yararlana bilər və internetin maksimal sürəti isə 128 kbit/s təşkil edəcək.

Abunəçilər eyni gündə bir neçə internet paketini sifariş etməkdə sərbəstdirlər.

Abunəçi cari internet paketinin həcmindən daha az həcmli internet paketini sifariş etmək istədikdə mövcud paketdəki internet trafikinin ən azı 95%-ni istifadə etməlidir.

03.04.2019-cu il tarixindən etibarən mövcud internet paketindən daha böyük həcmli internet paketinin sifariş edilməsinə heç bir məhdudiyyət qoyulmur.

Nömrədə aylıq internet paketə abunəlik aktiv olduğu halda, paralel olaraq həftəsonu, günlük və saat paketləri aktiv edilərsə, aylıq internet paketinə abunəlik ləğv edilmir.

Abunəçinin hesabında kifayət qədər vəsait olduğu təqdirdə istifadə müddətinin sonunda sistem eyni internet paketini avtomatik olaraq yeniləyir.

İnternet paketinin yenilənməsi zamanı fakturasız xətt abunəçisinin balansında kifayət qədər vəsait olmadıqda sistem 90 gün ərzində paketi yenidən avtomatik olaraq yeniləməyə çalışacaq.

Fakturalı xətt abunəçilərinin xəttinə daxil olan və çıxan zənglər qadağan edildikdən sonra sistem 90 gün ərzində xətti yoxlayır. Əgər xətt bu müddətin sonunadək aktivləşdirilməyibsə, abunə avtomatik olaraq ləğv edilir.

Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS göndərmək və yaxud *100#YES yığmaq lazımdır.

Bu xidmət fakturasız xətt abunəçiləri üçün pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün isə xidmət haqqı 0.01 AZN təşkil edir.

İnternet paketi sorğu qəbul edildikdən dərhal sonra aktivləşdirilir. Bu qayda həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün keçərlidir.

İnternet paketindən istifadə etməmişdən öncə onun aktivləşdirildiyini təsdiq edən SMS-bildiriş göndəriləcək. Bundan sonra internet paketdən rahatlıqla istifafə etmək olar.

Bütün internet paketlərinin istifadə müddəti günün/ayın sonunda bitir (internet paketə müvafiq olaraq) və növbəti günə/aya keçirilə bilməz.

Mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək mümkündür. İnternetdən istifadə üçün xidmət haqqı isə rominq tariflərinə müvafiq hesablanacaq.

Cari faktura dövründə bir internet paketini sifariş edən fakturalı xətt abunəçiləri üçün abunə haqqı növbəti faktura dövründə hesablanır. Əgər faktura dövrü 30 gündən çox olarsa, növbəti qaimə özündə həm cari, həm də növbəti ayların internet paketləri üçün ödənişləri əks etdirə bilər.

Aylıq data paketlərindən istifadə zamanı internetin sürətinə limit qoyulmur və abunəçi şəbəkənin ən maksimal sürətindən faydalana bilir.

Bu kampaniya 27.02.2019-cu il tarixində bitmişdir.

08.02.2016-cı il tarixindən etibarən “Samsung”, “”Galaxy Tab və “Huawei” kampaniyaları çərçivəsində təqdim edilən internet bonusları digər paketlər daxilində  olan bonuslardan əvvəl istifadə edilir. Bu qayda aşağıda qeyd olunan internet paketlərindən yararlanan bütün fakturasız və fakturalı xətt abunəçilərinə şamil edilir:

  • 50MB / 500MB / 1GB / 5GB / 10GB-lıq internet paketləri
  • Gündəlik 500MB-lıq internet paketləri
  • 10GB = 10 AZN promo-aksiyası
  • “GəncOL” tarifi

İnternet paketin müvafiq istifadə müddəti bitmədən trafik həcmi tam istifadə edilərsə, internetə giriş dayandırılacaq.
Bu zaman istifadəçi yeni internet paketini sifariş etmək üçün internet.azercell.com saytına yönləndiriləcək.

“Data Card” və “Galaxy Tab” kampaniyaları bitdikdən sonra aylıq internet paketlərinin şərtləri tətbiq olunacaq.

Abunəçinin balansında 50GB-lıq aylıq internet paketi aktivdirsə, “Sərfəli 10GB” və “Sərfəli 30GB” aylıq internet paketlərindən istifadə mümkün olmayacaq.

Qaynar nöqtə (hotspot) vasitəsilə trafikin paylaşılması zamanı əlavə qoşulan nömrələr müvafiq mənbələrdən Aylıq İnternet Paketi sifariş edərsə, xidmət haqqı interneti paylaşan nömrənin balansından çıxılacaq. Aylıq internet paketi isə əsas nömrədə aktiv olacaq.

İnternet ayarları (9595)

Avtomatik telefon konfiqurasiyaları üçün: 

  • Avtomatik telefon konfiqurasiyalarını almaq üçün 9595-ə boş SMS göndərmək lazımdır (bu nömrəyə göndərilən hər SMS-in qiyməti 0.01 AZN təşkil edir).
  • Sistem tərəfindən cavab olaraq ilk öncə məlumat xarakterli mesaj və 20 dəqiqə ərzində müvafiq ayarlar göndərilir. Ekranda görünən ayarlar cihazın yaddaşında saxlanılmalıdır.
  • Yeni ayarları quraşdırmaq və internetə girişi bərpa etmək üçün telefonu söndürüb və yenidən yandırmaq lazımdır.

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

Android əməliyyat sistemli smartfonlar üçün:

Ayarlar:

> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)

> Mobil şəbəkələr

> Giriş nöqtəsinin adları

> Yeni APN

> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır

 ‘Yadda saxla’ düyməsinə basılmalıdır.

Android əməliyyat sistemli planşetlər üçün:

Ayarlar:

> Daha çox parametrlər

> Mobil şəbəkələr

> Giriş nöqtəsinin adları

> Yeni APN yaradılmalıdır

Ad: Azercell internet

APN: internet

APN növü: default, hipri/default supl/default

Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra internet və mobil şəbəkələr aktiv edilməlidir.

iOS əməliyyat sistemli cihazlar üçün:

Ayarlar:

> Mobil şəbəkə

> Mobil məlumatlar şəbəkəsi

> Apn: “Internet” yazılmalıdır

Cihaz yenidən söndürülüb yandırılmalıdır.

Xiaomi smartfonlar üçün:

Ayarlar:

> SIM-kart və mobil şəbəkələr

> SIM-kart ayarları

> Azercell

> Giriş nöqtəsinin adları

> Yeni APN-də, ad sahəsində “Azercell”  və APN sahəsində “Internet” yazılmalıdır

Azercell SİM-kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra SIM idarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM-kart seçilməlidir.