Data tarifi İnternet xidmətindən istifadə üçün nəzərdə tutulub və adi zəngləri dəstəkləmir.
* İstifadə müddəti 30 gündür
Fakturasız xətt abunəçiləri “Data” tarifində heç bir Mobil İnternet paketi aktiv olmadığı halda nömrədə Mobil İnternet xidmətindən istifadə edərkən hər 1 MB üçün - 0,04 manat xidmət haqqı hesablanır.
Fakturalı xətt abunəçiləri “Data” tarifində heç bir Mobil İnternet paketi aktiv olmadığı halda nömrədə Mobil İnternet xidmətindən istifadə edərkən hər 1 MB üçün - 0,05 manat xidmət haqqı hesablanır.
Aylıq data paketini ilk dəfə akivləşdirən hər bir abunəçi 3 AZN endirim əldə edir. Data paketindən istifadəyə görə xidmət haqqı növbəti aylardan etibarən hesablanır.
Aylıq internet paketləri haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
1 Aprel 2021-ci il tarixindən etibarən fakturalı xətt sisteminə aid “Data” tarifində olan nömrələrdə hər faktura dövrü üçün 1 AZN (ƏDV daxil) aylıq abunə haqqı tətbiq ediləcək. Faktura dövrü ərzində ümumilikdə 1 AZN (ƏDV daxil) və daha çox məbləğdə telekommunikasiya xidmətlərdən istifadə edildikdə, aylıq abunə haqqı tutulmayacaq. Abunəçilər MX və ya Eksklüziv ofislərinə müraciət etməklə istifadələrində olan “Data” nömrənin xəttini ikitərəfli bağlayaraq əlavə xərclər ilə qarşılaşmamaq üçün xidmət göstərilməsini dayandıra bilərlər.
Qeyd: Abunəçilər göstərilən dəyişiklər, “Data” xidməti və İnternet Paketləri barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.