“Kombo8” tarifinə qoşulmaq üçün K8 yazıb 7575-ə SMS göndərmək və ya telefonda *750*4*8#YES kodunu yığmaq lazımdır.
“Kombo16” tarifinə qoşulmaq üçün K16 yazıb 7575-ə SMS göndərmək və ya telefonda *750*4*16#YES kodunu yığmaq lazımdır.
7575-ə göndərilən bir SMS-in qiyməti 0.01 AZN təşkil edir.
Bütün zənglər, SMS-lər və internet bonusları 30 gün ərzində etibarlıdır. Onların istifadə müddəti hər ayın sonunda bitir və növbəti aya keçirilə bilməz.
Birdəfəlik əlavə İnternet paketini sifariş etmək üçün uyğun açar sözü("50 MB", "500 MB" "1 GB", "5 GB", "10 GB" və limitsiz paket üçün "50 GB" ) 7576-ya göndərmək lazımdır.
Birdəfəlik əlavə Danışıq paketini sifariş etmək üçün uyğun açar sözü ("50 deq", "100 deq") 7576-ya göndərmək lazımdır.
Əlavə paketlər birdəfəlik istifadə üçün nəzərdə tutulub və bonus dəqiqələrinin etibarlılıq müddəti 30 gündür. Onlardan qısa nömrələrə zəng etmək üçün istifadə edilə bilməz. Zənglər üçün ödəniş intervalı 1 dəqiqədir. Həmçinin, əlavə danışıq paketlərində şəbəkəxarici bonuslar nəzərdə tutulmur.
Əzizlərim bonusları tarif bonusları ilə birlikdə istifadə edilə bilməz.