Hər bir zəngdən, göndərilən mesajdan və internet sessiyasından (internet paketsiz sessiya bitdikdən dərhal sonra) sonra balansda qalan vəsaitlə bağlı məlumat ekranda bildiriş şəklində göstərilir.
“Avtomatik balans məlumatı” xidməti Fakturasız xətt abunəçilərinə hər zəngin, göndərilən qısa mesajın sonunda, həmçinin paketsiz internet istifadəsi zamanı istifadə olunmuş və balansda qalan vəsait haqqında məlumatı dərhal almaq imkanı yaradır.
“Avtomatik balans məlumatı” xidmətini aktivləşdirmək üçün *375*1#YES yığmaq və ya START açar sözünü 3235-ə göndərmək kifayət edir.
Bu xidmətdən istənilən Fakturasız xətt abunəçisi istifadə edə bilər.
Xidmət aylıq abunə əsasında işləyir və hər ay balansda kifayət qədər vəsait olduqda avtomatik yenilənir.
Birinci istifadədən sonra balans haqqında məlumat ekrandan silinməzsə, ikinci istifadədən sonra həm yeni məlumat, həmdə köhnə məlumat göstərilir.
Yönləndirmə etmiş nömrəyə “Avtomatik balans məlumatı" təqdim olunmur.
Abunəçi "Avtomatik balans məlumatı" xidmətini deaktiv etdikdə tarif paketi çərcivəsində danışıq dəqiqələri və SMS bonuslarının bitməsi haqqında bildiriş mesajı nömrəyə daxil olmayacaq.
Xidməti deaktiv etmək üçün STOP yazıb 3235-ə göndərmək və yaxud *375*0#YES yığmaq lazımdır. Xidmət pulsuzdur.