Azərbaycan
Cari zəngdəki şəxsi gözlətməklə daxil olan digər zəngə cavab ver
“İkinci xətt” xidmətindən istifadə etməklə abunəçilər cari zəngdəki şəxsi xətdə gözlədərək daxil olan digər zəngi də qəbul edə bilər. Bu zaman ikinci zəngi qəbul etmək üçün ilk zəngi bitirməyə ehtiyac qalmır. İkinci zəng gələn zaman abunəçi başqa biri ilə danışırsa mobil telefonuna səsli bildiriş göndərilir. Beləcə, “İkinci xətt” xidməti vasitəsilə abunəçilər daxil olan bütün zənglərdən vaxtında xəbərdar ola bilirlər.
“İkinci xətt” - zəng gözlətmə xidməti bütün abunəçilər üçün pulsuzdur və yeni nömrələrdə avtomatik şəkildə aktivləşdirilir.
Xidməti manual qaydada deaktiv etmək üçün #43#YES , yenidən aktivləşdirmək üçün isə telefonda *43#YES kodunu yığmaq kifayətdir.
Xidməti birbaşa telefonun menyusundan aktiv və ya deaktiv etmək də mümkündür.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır