get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Ümumi məlumat

Adi zənglərə rəng qatmaq Azercell abunəçiləri üçün həmişə çox asan olmuşdu. Lakin cari tarixdən xidmətə abunə olan istifadəçilər, abunəlik müddətində limitsiz sayda Zəngimcell parçasını PULSUZ yükləmək imkanı əldə edirlər!

Bundan əlavə, 1 illik ZəngimCELL paketinə də qoşulmaq mümkündür – 12 ay istifadə et, cəmi 10 ayın ödənişini et!

Qoşulmaq üçün:

  • 756716 (Üzeyir Hacıbəyli – Aşıqsayağı) kodunu 6900 və ya 6070 qısa nömrəsinə SMS göndərə;
  • və ya *185*756716#YES yığa bilərsiniz.

1 illik abunə müddətində istifadəçi ZəngimCELL parçalarını məhdudiyyətsiz və ödənişsiz dəyişə bilər.

Ödəniş

Xidmət haqqı abunəçinin balansına uyğun tənzimlənir və günə 0,06 AZN (maksimum 30 gün - 1,80 AZN) təşkil edir. Abunə avtomatik yenilənir.

Abunəçinin balansında xidmətə abunə olmaq və ya abunəliyin yenilənməsi üçün yetərli vəsait olmadığı təqdirdə, xidmət 10 günlük (0,60 AZN) borca təqdim edilir.

Ətraflı:

  • Abunəçi yalnız əvvəlki borcunu tam ödədiyi halda, növbəti dəfə xidmətdən borca istifadə edə bilər;
  • Borc məbləğini tam çıxmaq mümkün olmadıqda hissə-hissə çıxılır;
  • 10 gün ərzində borc məbləği tam ödənilməsə, xidmət ləğv edilir.
  • 1 illik ZəngimCELL xidmətinə qoşulduqda abunəçi 12 aylıq xidmət əldə edir və 10 ayın ödənişini edir (18 AZN, ƏDV daxil).
  • Aktiv 1 illik abunəliyi olan istifadəçi istənilən vaxt aylıq abunəliyə keçə bilər. Bu halda 1 illik abunəlik deaktiv edilir.

Əlavə

  • Zəngimcell istifadəçisinə zəng edən abunəçi, Zəngimcell-i dinləyərkən 2 dəfə "*" (ulduz) düyməsini basaraq eyni Zəngimcell parçasını öz nömrəsində aktiv edə bilər.
  • A abunəçisi B abunəçisinə Zəngimcell parçası hədiyyə etmək üçün 6070 nömrəsinə “H Zengimcell kodu B abunəçisinin nömrəsi” (Məsələn: H 123456 0501234567) formatında SMS göndərməlidir. B abunəçisi “beli Zəngimcell kodu” (Məsələn: “beli 123456”) və ya “xeyr Zəngimcell kodu” yazıb 6070 nömrəsinə göndərməklə hədiyyəni qəbul və ya rədd edə bilər. Hədiyyəyə görə xidmət haqqını A abunəçisi ödəyir. Avto yenilənmə zamanı isə xidmət haqqı B abunəçisinin balansından tutulur.
  • Xidmətdən imtina STOP açar sözünü 6070 nömrəsinə göndərməklə və ya telefonun ekranında *185*0#YES kodunu yığmaqla həyata keçirilir. Rouminqdə olan abunəçi STOP yazıb göndərməklə xidməti dayandıra bilər, lakin bu əməliyyatın uğurla tamamlanacağına zəmanət verilmir. Qeyd edək ki, əməliyyat yerli şəbəkədə istifadə üçün nəzərdə tutulub.

  • Zəngimcell borcu haqqında məlumat əldə etmək üçün telefonun ekranında *185*5#YES kodu yığılmalıdır.
  • Abunəçinin aktiv abunəliyi varsa və 1 illik ZəngimCELL paketindən yararlanmaq istəyirsə, mövcud aktiv abunəliyi ləğv edilir və yeni 12 aylıq abunəlik yaradılır.
  • 1 illik abunəlik 12 ayın sonunda avtomatik yenilənir.

Abunə

Abunə olmaq üçün Zəngimcell trek kodunu SMS vasitəsilə 6070 nömrəsinə göndərmək kifayətdir.

Zəngimcell treklərinin siyahısı ilə WWW.ZENGİM.AZ saytında tanış olmaq olar.

Back Onlayn dəstək
Full view