Asan İmza (Mobile ID) xidməti vasitəsilə siz elektron mühitdə şəxsiyyətinizi təsdiqləyə bilərsiniz.
"Asan İmza" (Mobile ID) xidməti vasitəsilə siz dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə edə, elektron mühitdə şəxsiyyətinizi təsdiqləyə bilərsiniz.
"Asan İmza" (Mobil elektron imza) – mobil elektron şəxsiyyət vəsiqəsi olub, elektron xidmətlərdən istifadə və rəqəmsal imzanın təsdiqlənməsi zamanı tətbiq oluna bilər. "Asan İmza" mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən "Asan İmza" əl imzasına bərabərdir. "Asan İmza" xidmətini aktiv etdikdən sonra abunəçi mütləq olaraq “Asan İmza” sertifikatını aktivləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlidir.
"Asan İmza" xidmətini həm fiziki SIM kart üzrə, həm də yeni nəsil eSIM-də əldə etmək mümkündür. "Asan İmza" xidmətinə ilk dəfə qoşulmaq üçün Azercell Ekspres ofislərindən birinə yaxınlaşmaq mütləqdir. Bu xidmət aktiv edildikdən sonra "Asan İmza" sertifikatını da aktiv etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.
Vətəndaşlar (Fiziki şəxslər) – 0 AZN,
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün -18 AZN
Dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün- 16 AZN.
"Asan İmza" xidmətini həm mövcud, həm də yeni nömrələrdə aktivləşdirmək mümkündür.
"Asan İmza" hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün xidmətdən aylıq istifadə haqqı 2.5 AZN, əhali (vətəndaş) tipli xidmətdə isə abunə haqqı 0 AZN təşkil edir. "Vətəndaş" üçün yeni tarif ilə bağlı ətraflı məlumatı buradan oxuya bilərsiniz.
Dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün xidmətdən aylıq istifadə haqqı 0.0 AZN təşkil edir.
Bütün istifadəçilər üçün "Asan İmza" xidməti vasitəsilə hər tranzaksiya ödənişsiz olaraq yerinə yetirilir.
Qeyd: "Asan İmza" fiziki SIM kart və yaxud yeni nəsil eSIM kart dəyişikliyi üçün (ƏDV daxil) 3.54 AZN ödənilməlidir.
Qeyd: Həm dövlət qulluqçuları, həm də hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyət sahəsinə uyğun "Asan İmza" mobil elektron imza sertifikatı əldə edərkən ödənişsiz olaraq adi vətəndaş sertifikatı da əldə edirlər.
İlk dəfə "Asan İmza" xidmətinə qoşulmaq üçün abunəçilər müştəri xidmətləri ofislərinə müraciət etməli, müvafiq ödənişi etdikdən sonra "Asan İmza" xidmətindən 3 il müddətində yararlana bilərlər.
"Asan İmza" xidməti aktivləşdirildikdən sonra abunəçilər xidmətdən istifadə üçün aylıq (SimSim abunəçiləri üçün 30 gün) abunə haqqı (3 il müddətində) tutulur.
Abunəçilər ilə bağlanan Müqavilənin şərtlərinə əsasən xidmətin göstərilməsi üçün məhdudiyyət tətbiq edilməmişdən əvvəl (nömrənin iki tərəfli bağlanması) xidmət haqqı tutulur.
"Asan İmza" xidmətinə qoşulan nömrə/nömrələr abunəçi müqaviləsinin şərtlərinə uyğun olaraq xidmətin göstərilməsi ilə məhdudlaşdırılıbsa, bu nömrədə / nömrələrdə "Asan İmza" xidmətindən istifadə avtomatik olaraq dayandırılır
Bu məhdudiyyət aradan qaldırıldıqdan sonra "Asan İmza" xidmətindən istifadə avtomatik olaraq bərpa ediləcək ("Asan İmza" xidmətinin aktivləşdirildiyi andan 3 il ərzində).
"Asan İmza" xidmətinin aktivləşdirildiyi gündən 3 (üç) il ərzində, xidmətin göstərilməsi hər hansı bir səbəbdən məhdudlaşdırılarsa (abunəçinin şəxsi istəyi ilə, nömrəni bir addan digərinə keçirilərkən, abunəçi vəzifələrini yerinə yetirmədikdə, borc olduqda, habelə post ödəniş sistemində ödənişlərin vaxtında ödənilməməsi və s.) Abunəçi Müqaviləsinin ləğvi ilə əlaqədar olaraq "Asan İmza" xidməti də ləğv edilir. Bu vəziyyətdə "Asan İmza" xidmətinin bərpası təmin edilmir.
Nömrə abunəçinin adına qeydiyyata alınmışdırsa:
Nömrə Qurum vəya Təşkilatın adına qeydiyyata alınmışdırsa:
Bu xidmətdən "Asan İmza" SIM kart və yeni nəsil eSIM kartını istifadə edən abunəçilər yararlana bilərlər.
"Asan İmza"nın növbəti 3 (üç) il müddətinə SMS vasitəsilə uzadılması yalnız mövcud xidmətin etibarlılıq müddəti bitən abunəçilər üçün mümkündür.
Ətraflı burada