İndi yeni Azercell nömrənizi daha rahat seçə biləcəksiniz. Bunun üçün www.azercellim.com saytına daxil olursunuz, milyondan çox nömrə arasından bəyəndiyiniz nömrəni seçirsiniz, sifariş edirsiniz və onu ən yaxın Azercell mağazasından əldə edirsiniz.
Nömrəni əldə etmək üçün aşağıdakı addımlar atılmalıdır:
Qeyd: Qaiməni çap etmək və ya e-poçt ünvanına göndərmək olar.
Prosesin sonunda veb-saytda qeyd edilən mobil nömrə və e-poçt ünvanına onlayn nömrə sifarişi ilə bağlı ətraflı məlumat və sifariş kodu göndərilir.
Sifariş kodunu məxfi saxlamaq lazımdır. Sifariş edilən nömrəni istənilən Azercell ofisinə yaxınlaşıb əldə etmək olar. Nömrəni təhvil alarkən sifariş kodu və veb-saytda qeyd edilən hüquqi sənəd (məsələn, şəxsiyyət vəsiqəsi) Azercell ofisində müvafiq əməkdaşa mütləq təqdim edilməlidir.
www.azercellim.com - “Azercell Telekom” MMC-nin rəsmi dilerlərində satışda olan nömrələr üzrə vahid, mərkəzləşdirilmiş axtarış sistemidir. Zövqünüzə uyğun nömrənin rəqəmlərini (ən azı iki rəqəm) bölmədə yazıb “Axtar” düyməsinə klikləməklə axtarıb tapa bilərsiniz. Veb-saytda, həmçinin seçdiyiniz nömrəni bank kartı vasitəsilə ödəniş edib onlayn sifariş edə bilərsiniz.
Əsas səhifədə istədiyiniz nömrənin rəqəmlərini axtarış bölməsində yazıb axtarın. Açılan səhifədə bəyəndiyiniz nömrəni seçib qarşısındakı “İndi al” düyməsinə basın. Növbəti səhifədə sizdən tələb olunan məlumatları daxil edin, şərtlərlə tanış olub qəbul etdikdən sonra “Sifariş et” düyməsini klikləyin. Məlumatlarınız təsdiqləndikdən sonra ödəniş səhifəsində nömrənin tam məbləğini bank kartı vasitəsilə ödəyin. Ödəniş uğurlu olduğu halda, nömrə sifarişiniz təsdiqlənir və məlumatlar səhifəsində daxil etdiyiniz mobil nömrəyə və e-mail ünvanınıza sifarişin təsdiqlənməsi barədə məlumat göndərilir. Daha ətraflı məlumat üçün Onlayn sifariş qaydaları səhifəsinə baxa bilərsiniz.
Müştəri veb-saytdan onlayn sifariş etdiyi nömrəni yalnız istənilən Azercell ofisinə yaxınlaşıb sifariş kodunu və şəxsiyyətini təsdiq edən sənədi göstərməklə əldə edə bilər.
Onlayn sifariş edilən nömrəni istənilən Azercell mağazasına yaxınlaşmaqla əldə etmək olar. Ofisə yaxınlaşarkən şəxsiyyəti təsdiq edən sənədin və sifariş kodunun ofis əməkdaşına təqdim edilməsi mütləqdir.
Hal-hazırda www.azercellim.com üzərindən nömrənin qiymətini bank kartı vasitəsilə tam ödəməklə yalnız onlayn sifariş etmək mümkündür. Daha ətraflı məlumatı Onlayn sifariş qaydaları səhifəsindən öyrənə bilərsiniz.
Nömrə sifarişi zamanı ödənişi nağd və qeyri-nağd üsulla etmək olar. Lakin veb-sayt üzərindən nömrə sifarişi zamanı qeyd olunan məbləği bank kartı vasitəsilə onlayn ödəmək lazımdır. Həmçinin onlayn sifariş etdikdən sonra nömrənin və seçilmiş tarifin aktiv edilməsi üçün ödəniləcək xidmət haqqı nömrə aktiv edilən zaman diler mağazada ayrıca ödənilməlidir.
Saytda mövcud olan bütün nömrələri onlayn sifariş etmək mümkün deyil. Məsələn, “Nice&Mirror” və “Gözəl nömrələr” kimi kampaniyalar çərçivəsində təqdim edilən və müvafiq dilerlərə məxsus, həmçinin qarşısında “İndi al” düyməsi olmayan nömrələri onlayn sifariş etmək olmaz.
Nömrəni sayt üzərindən sifariş etdikdən sonra “Sifariş kodu” və “FIN kod” bölmələrində müvafiq məlumatları daxil edib “Yoxla” düyməsini basmaqla sifariş edilən nömrə, ödənilmiş məbləğ və sifarişçi barədə informasiya əldə edilə bilər.
Abunəçi onlayn sifariş zamanı müqavilənin kağız nüsxəsi hər iki tərəfin iştirakı ilə imzalanana qədər sifariş etdiyi nömrəni 7 gün ərzində geri qaytarmaq hüququna malikdir.
Saytla bağlı yaranan hər hansı sual və ya təkliflə bağlı 24\7 fəaliyyət göstərən Müştəri Xidmətlərinə müraciət etmək olar. Fakturasız (Sim-Sim) və Fakturalı xətt abunəçiləri, həmçinin *1111-ə zəng edə bilərlər (Bütün Azercell abunəçiləri üçün müddətindən asılı olmayaraq bir zəngin qiyməti ƏDV daxil 0.10 AZN-dir. Digər yerli mobil operatorların abunəçiləri üçün isə xidmət haqqı tarif paketinin şəbəkəxarici zəng tarifinə müvafiq hesablanacaq). İstənilən sual, təklif və yaxud şikayət ilə bağlı customercare@azercell.com elektron poçt ünvanına da yazmaq mümkündür.