get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Servislər

SimKredit-i necə əldə edə bilərəm?

SimKredit-i necə əldə edə bilərəm?

Təcili zəng etmək və ya SMS göndərmək lazım olduqda, lakin balansda kifayət qədər məbləğ yoxdursa Azercell-in SimKredit xidmətindən istifadə etmək mümkündür. Xidmətdən yalnız fakturasız xətt abunəçiləri yararlana bilərlər.

*Kreditə götürülən 2 AZN (kredit yazın, 9155-ə göndərin və ya *155#YES yığın) məbləğinin borcu kredit sifarişinin növbəti günündən etibarən balansdan hissə-hissə 8 qəpik olmaqla 30 günə çıxılır. Kredit 30 gün ərzində tam bağlanmadığı təqdirdə, 31-ci gündən etibarən qalıq borc tam olaraq silinəcəkdir. Balansda kifayət qədər vəsait olmazsa, qalıq borc balansa vəsait yükləndikdən sonra silinəcək.

SimKredit-in istək-mesajları üçün xidmət haqqı 0.05 AZN təşkil edir.

Azercell abunəçiləri həmçinin Kabinetim tətbiqi üzərindən SimKredit xidmətindən kredit ala bilərlər. *110# kodunu yığmaqla Kabinetim tətbiqini yükləmək üçün link əldə etmək mümkündür.