get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Nömrələr və əməliyyatlar

"Azercell" abunəçisi kim ola bilər?

"Azercell" abunəçisi kim ola bilər?

1. 18 yaşına çatmış bütün fiziki şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər).

2. 16-18 yaşında vətəndaşlar, əgər:

  • əmək müqaviləsi ilə işləyirlərsə, işə götürənin rəsmi arayışını təqdim etməlidirlər;
  • sahibkarlıqla məşğul olurlarsa, sahibkarlıq uçotu haqqında şəhadətnamə (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamə) təqdim etməlidirlər;
  • 18 yaşına çatanadək nigaha girmiş vətəndaşlar nigah haqqında şəhadətnaməni (ailə vəziyyəti ilə bağlı müvafiq qeyd öz əksini tapmış şəxsiyyət vəsiqəsi ilə birlikdə) təqdim etməlidirlər;
  • digər hallarda valideynlərinin və ya qəyyumlarının bu barədə notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər (bax 3-cü bənd).

3. 16 yaşından 18 yaşınadək olan şəxslər, abunəçi olmaq üçün müqaviləni yalnız (2-ci bənddə qeyd edilən bəzi hallar istisna olmaqla) öz qanuni nümayəndələrinin (valideynlərinin və ya valideynlərindən birinin) və ya rəsmi qəyyumun razılığı ilə bağlaya bilərlər. Bunun üçün notarial qaydada təsdiq edilmiş rəsmi razılıq təqdim olunmalıdır.

4. Azərbaycan Respublikasının vətəndaşlarının şəxsiyyət vəsiqələri 16, 25, 35, 50 yaşlarına çatdıqda dəyişdirilir. Abunəçi tərəfindən təqdim edilən şəxsiyyət vəsiqələrinin qüvvədə olduğu müddət yoxlanılmalıdır və etibarlılıq müddəti keçməmiş sənədlər qəbul edilməlidir.

5. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər və hüquqi şəxslərə bərabər tutulan qurumlar “Azercell Telekom” MMC tərəfindən təqdim edilən rabitə xidmətləri çərçivəsində abunəçi ola bilərlər.

Abunəçi olmaq üçün zəruri sənədlər:

  1. Fiziki Şəxslər:

1.1.  Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı sənədlərdən birini təqdim edə bilər:

1.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bax: Qeyd 1);

1.1.2. Abunəçi olmaq istəyən 16 yaşından 18 yaşınadək olan şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və valideynlərin (və ya rəsmi qəyyumun) notarial qaydada təsdiq edilmiş rəsmi razılığını təqdim etməlidirlər (həmçinin, bax I Hissə);

1.1.3.  Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi;

Qeyd 1: Fiziki şəxslər tərəfindən təqdim edilən bütün sənədlərin qüvvədə olduğu müddət yoxlanılmalıdır və qüvvədə olma müddətinə uyğun olaraq (etibarlılıq müddəti keçməmiş sənədlər) qəbul edilməlidir.

1.2. Əcnəbilər (bundan sonra xarici vətəndaşlar): 

Fakturalı xətt sisteminə aid nömrələrdə aşağıdakı sənədlərdən birini təqdim edə bilər:

1.2.1. Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, o cümlədən bank və ya hər hansı bir hüquqi şəxs (Hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın surəti təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu (bax: Qeyd 2).

1.2.2. Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, o cümlədən bank və ya hər hansı bir hüquqi şəxs (Hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surəti təqdim edilməsi şərti ilə) tərəfindən verilmiş zəmanət məktubu (bax: Qeyd 2).

Qeyd 2: Müvafiq zəmanət məktubu təqdim edilməsə nömrə fakturalı xətt sistemində istifadəyə verilsə də nömrəyə kredit limit təyin edilmir. Əgər bu hal abunəçini qane etmirsə, nömrənin avans hesabına müəyyən məbləğ ödənilərək və yaxud aktiv hesabı olduğu bank tərəfindən verilən müvafiq ödənişə təminat verən zəmanət məktubunu təqdim edərək istifadə etdiyi nömrənin kredit limitinin artırılmasını təmin edə bilər.

1.3. Xarici vətəndaşlar Fakturasız xətt sisteminə aid nömrələrdə aşağıdakı sənədlərdən birini təqdim edə bilər:

1.3.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi.

1.3.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.

1.3.3. Müvafiq xarici ölkənin vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb).

1.4. Vətəndaşlığı olmayan şəxslər:

1.4.1. Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş). Bu sənədin əvəzinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş) təqdim edilə bilər.

Lakin vətəndaşlığı olmayan şəxsin yaşı 18 yaşdan aşağıdırsa (16-18 yaşında), bu halda digər vətəndaşlarda olduğu kimi əlavə sənədlər tələb olunur (bax 2,3,4 bəndlərinə).

  1. Hüquqi Şəxslər (HŞ):

2.1. Kommersiya hüquqi şəxsləri (o cümlədən hüquqi şəxsin filial və nümayəndəlikləri):

2.1.1. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti (bax Qeyd 3 və 4 );

2.1.2. Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına dair şəhadətnaməsinin (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamə) surəti (zəruri deyil);

2.1.3. Hüquqi şəxs tərəfindən onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd;

2.1.4. Hüquqi şəxsin möhürü (bax Qeyd 5);

2.1.5. Hüquqi şəxsin Bank Rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub (zəruri deyil);

2.1.6. Hüquqi şəxs ilə bağlı kommersiya qurumunun dövlət reyestri məlumatları - rəsmi dövlət orqanlarına (Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə) aid internet resurslardan əldə edilib, çap edilərək sənədlərə əlavə edilir.

Qeyd 3: Hüquqi şəxs ƏDV-dən azaddırsa və ya ƏDV-yə Sıfır Faiz Dərəcə ilə cəlb olunmalıdırsa, müvafiq sənədlərin surəti təqdim olunmalıdır (Fakturasız xətt abunəçiləri üçün zəruri deyil).

Qeyd 4: Kommersiya hüquqi şəxsi elektron qeydiyyatdan keçibsə, onun sənədləri məhz elektron formada olur (elektron çıxarış üzərində möhür və bunun üçün yer olmur). Kommersiya təyinatlı hüquqi şəxs nömrə almaq üçün Azercell Eksklüziv ofislərinə müraciət etdikdə həmin elektron formada olan çıxarışı çap edib təqdim edir. Belə hallarda, 2.1.6-cı bənddə göstərilən məlumatları əldə edib, reyestrdən çıxarış üzərində olan müvafiq məlumatlarla müqayisə edir, bilgilərin üst-üstə düşdüyünü yoxlayaraq, hər hansı uyğunsuzluq aşkar etməsə, icra üçün qəbul edilə bilər.

Qeyd 5: Əgər Müqaviləni HŞ-in qanuni təmsilçisi özü şəxsən bağlayırsa, müqavilənin arxasında möhür qoyulur, HŞ-in rəhbərinin adı, soyadı, atasının adı, vəzifəsi yazılır və HŞ-in qanuni təmsilçisi tərəfindən imzalanır. Bu zaman əlavə sənəd kimi HŞ-in rəhbərinin müvafiq vəzifədə olduğunu təsdiq edən sənədin (reyestrdən çıxarış) surəti və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənəd mütləq təqdim edilməlidir. Digər hallarda müqavilədə nömrəni istifadəyə götürən HŞ-in möhürünün olması tələb olunmur və yalnız etibarnamə əsasında səlahiyyət verilmiş şəxsin imzası əks olunmalıdır.

2.2. Qeyri-kommersiya hüquqi şəxslər:

2.2.1. Yuxarıdakı 2.1-ci bənddə sadalanan bütün sənədlər (2.1.6-cı bənd istisna olmaq ilə).

  1. Banklar:

3.1. Hüquqi şəxslərə aid olan 2.1-ci bənddə qeyd olunan sənədlər.

  1. Xarici ölkələrin Səfirlikləri, Nümayəndəlikləri, Konsulluqları:

4.1. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

4.2. Səfirlik, Nümayəndəlik, Konsulluq tərəfindən səlahiyyətli nümayəndəyə verilən etibarnamə.

4.3. Əgər varsa, ƏDV-nin sıfır faiz dərəcə ilə tətbiqinə dair bildirişin (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunur) surəti (Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün zəruri deyil) (bax Qeyd 6).

4.4. Səfirlik, Nümayəndəlik, Konsulluq möhürü (bax Qeyd 5).

4.5. Bank Rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub (zəruri deyil).

  1. Beynəlxalq Təşkilatlar:

5.1. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti .

5.2. Beynəlxalq Təşkilat tərəfindən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd.

5.3. Əgər varsa, ƏDV-nin sıfır faiz dərəcə ilə tətbiqinə dair bildirişin (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunur) surəti (Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün zəruri deyil) (bax Qeyd 6).

5.4. Beynəlxalq Təşkilatın möhürü (bax Qeyd 5).

5.5. Bank Rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub (zəruri deyil).

Qeyd 6: Əvəzsiz maliyyə yardımının (qrantın) hesabına fəaliyyət göstərdiyini təsdiq edən (qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alınmış) müqavilənin (qərarın) surətini və “Azercell Telekom” MMC tərəfindən xidmətlərin təqdim edilməsinə görə ƏDV-nin sıfır faiz dərəcə ilə tutulması barədə yazılı müraciət (məktub) təqdim etməlidir.

4.2. və 5.2. bəndlərdə, həmçinin Qeyd 3 və Qeyd 6-da göstərilənləri nəzərə alaraq, qanunvericiliyin müvafiq tələblərinə riayət edilmədiyi təqdirdə “Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərə görə müvafiq qaydada ƏDV tətbiq edilir.

  1. Dövlət qurumları:

6.1. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

6.2. Hüquqi şəxslərə tələb olunması nəzərdə tutulan digər sənədlər (2.1.1. və 2.1.6-cı bənddəkilər istisna olmaqla).

  1. Fərdi Sahibkarlar:

7.1. Azərbaycan Respublikasının vətəndaşları:

7.1.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bax Qeyd 1) təqdim olunmalıdır;

7.1.2. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

7.2. Xarici vətəndaşlar:

7.2.1. Müvafiq xarici ölkənin xarici vətəndaşlıq pasportu (burada həmin ölkənin daxilində istifadə edilən sənəd nəzərdə tutulmayıb) və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (qüvvədə olma müddəti keçməmiş);

7.2.2. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

7.3. Vətəndaşlığı olmayan şəxslər:

7.3.1. Azərbaycan Respublikası hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.

7.3.2. Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair şəhadətnamənin surəti.

Qeyd: Abunə muqaviləsi