15 iyul tarixindən etibarən “Sadə2” tarifinə abunə prosesi yeni abunəçilər üçün bütün kanallar vasitəsilə dayandırıldı. “Sadə2” tarifinin abunəçiləri isə “Azercellim”, Bölgə” və “GəncSim” tariflərinə pulsuz qoşula bilərlər.
"Sadə" tarifinə hazırda yalnız fakturasız xətt abunəçiləri qoşula bilər .
“Sadə6” tarifinə qoşulmaq üçün S6 yazıb 7575-ə SMS göndər və ya *750*4*6#YES kodunu yığ.
Həmçinin, "Azercell" mobil tətbiqi vasitəsilə də qoşulmaq mümkündür. Tətbiqiə birbaşa keçid linkini əldə etmək üçün telefonda *110# kodunu yığmaq lazımdır.
Qeyd: "Sadə6" tarif paketi hər 30 gündən bir avtomatik yenilənir.
“Sadə” tarif paketi ilə bağlı istənilən sorğu zamanı cavab mesajı 10 dəqiqə ərzində göndərilir.
Cari balans və abunə statusu haqqında ətraflı məlumat əldə etmək üçün telefonda *111*1*7#YES kodunu yığmaq lazımdır.
Pulsuz şəbəkədaxili danışıq dəqiqələrinizi istifadə etdikdən sonra bütün sonrakı şəbəkədaxili zənglərin dəqiqəsi 0.06 AZN tarifi ilə hesablanır. Nəzərə almaq lazımdır ki, zənglərə görə hesablama intervalı 1 dəqiqə təşkil edir.
Şəbəkədaxili pulsuz SMS-lər bitdikdən sonra göndərilən bir SMS-in qiyməti 0.05 AZN təşkil edəcək.
Əlbəttə. "Sadə 6" tarifinə qoşulmaq üçün S6 yazıb SMS-lə 7575-ə göndər və yeni bonuslar əldə et.
"Sadə" tarifində şəbəkəxarici zənglərin dəqiqəsinə görə 0.06 AZN çıxılır. Abunəlik müddəti bitdikdə, şəbəkəxarici zənglərin dəqiqəsi 0.08 AZN-dən hesablanacaq.
Şəbəkədaxili göndərilən bir SMS-in qiyməti 0.05 AZN təşkil edir.
İnternet paket olmadan istifadə olunan hər MB-a görə 0.20 AZN xidmət haqqı tutulur.
Balansda olan danışıq dəqiqələri və SMS haqqında ətraflı məlumatı sadəcə 2112-ə boş SMS göndərməklə əldə etmək mümkündür. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.
Hazırda "Əzizlərim" tarifindəki güzəştləri "Sadə" tarifindəki bonuslarla birləşdirmək mümkün deyil.
Abunəçidən cari tarifdən "Sadə" tarifinə keçərkən heç bir xidmət haqqı tutulmur. “Sadə” tarifinə keçdikdə balansdan yalnız tarifin müvafiq qiyməti çıxılır.
Tarifdaxili bonus dəqiqələri rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələr üçün istifadə oluna bilməz.
Abunəçi istifadə edilməmiş dəqiqə və SMS-lər mövcud olduqda belə tarif paketini yeniləyə və yaxud dəyişə bilər. Lakin bu zaman qalıq dəqiqə və SMS-lər sıfırlanacaq.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.