get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Bitmiş Kampaniyalar

Yeni şirkət kampaniyası - GM

Yeni şirkət kampaniyası - GM

Ümumi məlumat

Korporativ abunəçilər üçün eksklyüziv təklif - “Yeni Şirkət” kampaniyası - pulsuz smartfon və sərfəli tarif!


Kampaniyaya qoşulan yeni korporativ abunəçiləri “Optimist danışıq” paketindən 12 ay fasiləsiz istifadə etmək şərtilə 4G dəstəkli General Mobile smartfonunu PULSUZ əldə edirlər.


Kampaniyaya qoşulma barədə və əlavə məlumat üçün 6050-yə (1 zəng – 0.10 AZN) zəng edə bilərsiniz.

 

“Optimist danışıq” paketi – ayda 29 AZN

Paketdən kənar istifadə

Qiymətlərə ƏDV daxildir

  • Kampaniya yalnız yeni Fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Şirkətin tarif paketinə qoşulan fiziki şəxslər kampaniyada iştirak edə bilməz.
  • Kampaniyaya yalnız yeni şirkətlər qoşula bilər.
  • Yeni şirkətin minimim 7 aktiv nömrəsi olmalıdır. 7 nömrədən minimum 1 nömrə danışıq paketinə goşulmalıdır.
  • Maksimum aktivləşdirilməsi mümkün olan təklif sayı (danışıq paketi + smartfon) – 9.
  • Smartfon yalnız danışıq paketini aktivləşdirən nömrələrə təqdim oluna bilər.
  • Danışıq paketlərinə qoşulan şirkət nömrələri mütləq 12 ay ərzində fasiləsiz olaraq nömrələrindən istifadə etməlidirlər.
  • Kampaniya çərçivəsində təqdim olunan danışıq paketinə qoşulma abunəçinin yazılı müraciəti əsasında 12 aylıq müddətinə aktiv edilir və bu müddət bitdikdə danışıq paketinə abunəlik abunə müqaviləsinin ümumi şərtlərinə uyğun olaraq davam edir.
  • Abunə müqaviləsində qeyd edilən əsaslar ilə bir və ya ikitərəfli (abunəçi tərəfindən limitin keçməsi ilə bağlı xəttin birtərəfli bağlanması halı istisna olmaqla), o cümlədən abunəçinin müraciəti əsasında, addan-ada, digər operatorun şəbəkəsinə daşınma əməliyyatlarının keçirilməsi nəticəsində bağlandıqda, danışıq paketindən imtina etdikdə 300 AZN məbləğində birdəfəlik cərimə tətbiq ediləcək.