Azercell “Biznesim” tarif paketi və digər aylıq biznes internet paketləri daxilində əlavə üç aylıq internet paketini təqdim edir. Artıq “Biznesim sosial şəbəkələr” paketləri ilə sahibkarlar əsas internet paketinin trafikini sərf etmədən öz şirkətlərinin sosial media aktivliyini gücləndirə bilərlər.
Qeyd edilən paketlər korporativ müştərilərə WhatsApp, Facebook, Linkedin, YouTube, Instagram, Facebook Messenger, Telegram, Twitter, Viber, VKontakte, Odnoklassniki mobil tətbiqləri vasitəsilə sosial mediadan daima istifadə imkanı yaradır.
Sosial şəbəkə biznesin kiçik və ya böyüklüyündən asılı olmayaraq rəqəmsal marketinq strategiyasının ayrılmaz bir hissəsidir.
Avtomatik olaraq yenilənən aylıq internet paketlərindən birinə (2GB, 7GB, 14GB, 35GB, 55GB-lıq paketlər, “Biznesim” tarif planı) abunə olan bütün Azercell-lilər bu paketlərdən yararlana bilərlər.
Paylaşılan məzmunlar və ya yazışmalarla bağlı heç bir məhdudiyyət yoxdur. Abunəçi internet paketindən qanunla qadağan olunmayan mövzularda yükləmələr, endirmələr, fayl paylaşımları və informasiya mübadiləsi etmək, habelə yazışmaq, audio və video mesajlar göndərmək imkanına malikdir.
“Biznesim çat“ paketinə qoşulmaqla abunəçi WhatsApp, Facebook Messenger və Viber kimi mesajlaşma tətbiqlərində yazışmaq üçün 5GB internet əldə edir.
“Biznesim sosial” paketinə qoşulmaqla abunəçi WhatsApp, Facebook Messenger və Viber kimi mesajlaşma tətbiqlərində yazışmaq üçün 10GB internet əldə edir.
“Biznesim media” paketinə qoşulmaqla abunəçi WhatsApp, Facebook Messenger və Viber kimi mesajlaşma tətbiqlərində yazışmaq, YouTube platformasında isə video izləmək üçün 30GB həcmində internet əldə edir
Abunəçi paket çərçivəsində təqdim olunan trafik bitdikdən sonra əsas internet paketinə avtomatik olaraq keçid edir.
“Biznesim sosial şəbəkələr” paketləri çərçivəsində təqdim edilən internetdən istənilən cihazda və yalnız mobil tətbiqlər daxilində istifadə etmək olar.
İstifadə edilməmiş internet trafiki cari ayın sonunda ləğv edilir və növbəti aya keçirilmir.
Eyni zamanda bir neçə paketə abunə olaraq istifadə etmək mümkün deyil.
Hər 30 gündən bir seçilmiş paketə abunə avtomatik olaraq yenilənir.
Paketlərə abunəni ləğv etmək üçün “STOP B” yazıb 2525-ə göndərmək kifayət edir. İstifadə olunmamış qalıq internet isə dərhal balansdan silinir və abunəçi bunun üçün ödənişini geri ala bilmir.
Avtomatik yenilənmə xidmətini ləğv etmək üçün “B-“ yazıb 2525-ə göndərin.