Sosial şəbəkələr
Web
Mesajlaşma
*Qeyd: Yuxarıda qeyd edilən internetdən istifadə saatları simvolik məna daşıyır və yalnız göstərilən fəaliyyətin 1-i üçün istifadə edilə bilər.
İnternet paketlərinə abunə olmaq üçün 3 üsul təqdim edilir:
SMS vasitəsilə
"250" yazıb 2525-ə SMS göndərmək kifayət edir.
Fakturasız abunəçilər üçün 2525-ə göndərilən SMS-lər PULSUZDUR.
Fakturalı abunəçilər üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.
USSD kod vasitəsilə
*100*250#YES yığmaq kifayətdir.
"Azercell" tətbiqi vasitəsilə
"Azercell" tətbiqində istənilən internet paketini sifariş etmək olar. *110# kodunu yığaraq tətbiqi yükləmək üçün birbaşa keçid linkini əldə edəcəksiniz.
Cari balans statusu haqqında ətraflı məlumat əldə etmək üçün 2525-ə boş SMS göndərmək və yaxud *100#YES yığmaq lazımdır.
Bu xidmət fakturasız xətt abunəçiləri üçün pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün isə xidmət haqqı 0.01 AZN təşkil edir.
Fakturalı xətt abunəçiləri üçün balansın yoxlanılması yalnız növbəti fakturalama dövründən mümkündür.
İnternet paketindən istifadə etməmişdən öncə onun aktivləşdirildiyini təsdiq edən SMS-bildiriş göndəriləcək. Bundan sonra internet paketdən rahatlıqla istifafə etmək olar.
İnternetə giriş tarif paketinin qüvvədəolma müddətinin və ya faktura dövrünün sonunda deaktiv ediləcəkdir. Yeni internet paketini aktivləşdirmək üçün abunəçi internet.azercell.com səhifəsinə yönləndiriləcək. Bu xidmətin əsas üstünlüyü odur ki, internet balansını tam istifadə etdikdən sonra yenilənmə avtomatik olaraq baş verir. Belə hallarda abunəçi mobil internetdən istifadəyə davam etmək üçün yükləmə səhifəsinə yönləndirilir.
Bu səhifəyə keçdikdən sonra abunəçi təqdim edilən 3 seçim imkanından faydalana bilər:
İnternet paketi olmadıqda internetdən istifadə GəncSim və Azercellim abunəçiləri üçün 1MB=0.20 AZN, digər abunəçilər üçün isə 1 MB=0.40 AZN tarifi ilə hesablanır.
50GB-lıq internet paketi daxilində təqdim olunan trafik bitdikdə abunəçi növbəti yenilənməyə qədər internetdən pulsuz yararlana bilər və internetin maksimal sürəti isə 128 kbit/s təşkil edəcək.
Bütün internet paketlərinin istifadə müddəti günün/ayın sonunda bitir (internet paketə müvafiq olaraq) və növbəti günə/aya keçirilə bilməz.
Abunəçilər eyni gündə bir neçə internet paketini sifariş etməkdə sərbəstdirlər.
Abunəçi cari internet paketinin həcmindən daha az həcmli internet paketini sifariş etmək istədikdə mövcud paketdəki internet trafikinin ən azı 95%-ni istifadə etməlidir.
03.04.2019-cu il tarixindən etibarən mövcud internet paketindən daha böyük həcmli internet paketinin sifariş edilməsinə heç bir məhdudiyyət qoyulmur.
Mobil internetdən rominq zamanı rahatlıqla istifadə etmək mümkündür. İnternetdən istifadə üçün xidmət haqqı isə rominq tariflərinə müvafiq hesablanacaq.
Korporativ abunəçilər aşağıda göstərilən internet paketlərini əldə edə bilməzlər:
Bu baş verdiyi halda cari paket sistem tərəfindən növbəti gün yenilənir. Paketi yeniləmək üçün balansda kifayət qədər məbləğ olmadığı təqdirdə sistem 90 gündən sonra paketi yeniləmək üçün cəhd göstərir. Bu dəfə də balansda kifayət qədər məbləğ olmadıqda, abunəlik ləğv edilir.
Cari faktura dövründə bir internet paketi sifariş edən Fakturalı xətt abunəçiləri üçün abunəlik haqqı növbəti faktura dövründə hesablanacaq. Əgər faktura dövrü 30 gündən çox olarsa, növbəti qaimə özündə həm cari, həm də növbəti ayların internet paketləri üçün ödənişləri əks etdirə bilər.
4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıda qeyd olunan sürət həddi ilə təmin olunacaqlar:
4G (LTE) şəbəkəsinin əhatə dairəsi daxilində normal şəraitdə abunəçilər aşağıda qeyd olunan sürət həddi ilə təmin olunacaqlar:
3G şəbəkəsinin əhatə dairəsi daxilində ideal şəraitdə abunəçilər aşağıda qeyd olunan sürət həddi ilə təmin olunacaqlar:
250MB-lıq internet paketini deaktiv etmək üçün *100*115#YES yığmaq kifayətdir.
Fakturasız xətt abunəçiləri üçün xidmət pulsuzdur. Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.
Paket ləğv edildikdə qalıq internet tam sıfırlanır.
İnternetdən paketsiz istifadə isə cari tarifə müvafiq hesablanır.
Paket ləğv edildiyi zaman onun aktivləşdirilməsi üçün edilən ödəniş geri qaytarılmır.
Qaynar nöqtə (hotspot) vasitəsilə trafikin paylaşılması zamanı əlavə qoşulan nömrələr müvafiq mənbələrdən internet paketi sifariş edərsə, xidmət haqqı interneti paylaşan nömrənin balansından çıxılacaq. İnternet paketi isə əsas nömrədə aktiv olacaq.
Avtomatik telefon konfiqurasiyaları üçün:
İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:
Android telefonları üçün:
Ayarlar:
> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)
> Mobil şəbəkələr
> Giriş Nöqtəsinin Adları
> Yeni APN
> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır
‘Yadda Saxla’ düyməsinə basılmalıdır.
Android planşetləri üçün:
Ayarlar:
> Daha çox parametrlər
> Mobil şəbəkələr
> Giriş Nöqtəsinin Adları
> Yeni APN yaradılmalıdır
Ad: Azercell internet
APN: internet
APN növü: default, hipri/default supl/default
Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.
iOS cihazları üçün:
Ayarlar:
> Mobil şəbəkə
> Mobil məlumatlar şəbəkəsi
> Apn: “Internet” yazılmalıdır
Cihaz yenidən söndürülüb yandırılmalıdır.
Xiaomi telefonları üçün:
Ayarlar:
> Sim kart və Mobil şəbəkələr
> Sim kart ayarları
> Azercell
> Giriş Nöqtəsinin Adları
> Yeni APN-də, ad sahəsində “Azercell” və APN sahəsində “Internet” yazılmalıdır
Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.