*Zənglər üçün hesablama intervalı - 1 dəqiqə.
"Gənc OL" tarifi bütün fakturasız abunəçilər üçün nəzərdə tutulmuşdur. Digər paketlərdən "GəncOL" tarifinə keçmək ödənişsizdir.
"GəncOL" tarifini aktivləşdirmək üçün müvafiq "GəncOL" tarif paketinin kodunu SMS-lə 7575-ə göndərmək kifayətdir:
Həmçinin, mobil telefonda müvafiq USSD kodunu yığmaqla da istənilən "GəncOL" tarif paketini akvitləşdirmək mümkündür:
Qeyd: Gün ərzində eyni həcmli GəncOL tarif paketi gündə (24 saat ərzində) bir dəfədən çox olmayaraq yenilənə bilər.
"GəncOL Həftəlik" tarif paketinin istifadə müddəti 7 gündür. "GəncOL6" və "GəncOL9" tarif paketlərinin istifadə müddəti isə 30 gün təşkil edir. Hər bir paket istifadə müddətinin son günündə balansda kifayət qədər vəsait olduğu halda, avtomatik olaraq yenilənir.
Mövcud internet paketi "GəncOL" tarifinin balansına əlavə olunur.
"GəncOL" tarif paketində internet bonusları vaxtından tez bitərsə, müvafiq açar sözü (G2, G6, G9) 7575-ə göndərməklə paketi yeniləmək mümkündür.
"GəncOL" tarif paketinin yenilənməsi və ya deaktivasiyası zamanı bütün qalıq dəqiqələr, SMS və data paketi balansdan silinir və növbəti dövrə ötürülmür.
Tarifdaxili dəqiqələrin hamısını istifadə etdikdən sonra balansda İnternet paketi qaldığı təqdirdə müvafiq "GəncOL" tarif planını yeniləmək mümkün deyil.
Qalıq tarif bonuslarını yoxlamaq üçün 2112 nömrəsinə boş SMS göndərmək kifayətdir. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.
*111*1*7#YES yığmaqla da balansı yoxlamaq mümkündür.
Balans haqqında məlumatları "Azercell" mobil tətbiqindən də əldə etmək olar. *110# kodunu yığmaqla mobil tətbiqi yükləmə linkini əldə et.
Tarifdaxili bonus dəqiqələri yalnız "GəncOl" abunəçiləri arasında zənglər üçün nəzərdə tutulub. Rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələr üçün istifadə oluna bilməz.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
25 oktyabr 2022-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt abunəçilərinə təqdim edilən “GəncOL Həftəlik”, “GəncOL6” və “GəncOL9” tarifləri çərçivəsində “Zvuk”, “Busuu”, “IVI”, “Bookmate” tətbiqlərindən istifadə üçün nəzərdə tutulan 750MB, 3GB və 6GB-lıq pulsuz internet paketləri üzrə xidmət ləğv ediləcək.
“GəncOL” tarifi çərçivəsində təqdim olunan bonuslar bitdikdən sonra paketdən istifadə müddəti hələ də bitməyibsə xidmətlər üçün ödəniş aşağıdakı qaydada hesablanır:
GəncOL Həftəlik və GəncOL 6 tarifləri çərçivəsində WhatsApp mətn yazışması üçün təqdim olunan trafikə 64 kbt/san sürət limiti tətbiq olunur.
25.01.2021-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "GəncOL Həftəlik” və "GəncOL6” tarif paketləri çərçivəsində "WhatsApp” tətbiqində, "GəncOL9” tarif paketi çərçivəsində isə "WhatsApp”, "Telegram”,"Twitter” və "Facebook Messenger” tətbiqlərində mətnli yazışmalar üçün ilk növbədə 1GB pulsuz internet həcmindən, sonra "GəncOL” paketi çərçivəsində təqdim olunan əsas internet həcmindən istifadə imkanı təqdim ediləcək. "GəncOL” paketi çərçivəsində təqdim olunan əsas internet həcmi istifadə müddətindən əvvəl bitdikdə və hər hansı əlavə internet paket sifariş edilmədikdə, müvafiq dövrün sonunadək yuxarıda göstərilən mətn yazışmaları üçün 16 kb/s sürət həddində 10 GB pulsuz internet həcmindən yararlanmaq mümkün olacaq.