get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Limitsiz

Limitsiz 6 saat

İnternet paketi haqqında məlumat

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 2.39
Limitsiz internet

6 saat

Sənə uyğun tarif təklifimiz

GəncOL

Gəncliyin dadını çıxar!

  • icon
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G9" yazıb 7575-ə göndər

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G6" yazıb 7575-ə göndər

Daha ətraflı
1 GB

İnternet

100 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G2" yazıb 7575-ə göndər

Daha ətraflı

Əlavə məlumat

"Limitsiz 6 saat" internet paketinə abunə olmaq üçün: 

SMS vasitəsilə abunə:

6S yazıb SMS vasitəsilə 2525-ə göndərmək lazımdır.

Fakturasız xətt (SimSim) abunəçiləri üçün 2525 nömrəsinə göndərilən SMS-lər pulsuzdur.

Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

USSD kod vasitəsilə abunə:

*100*360#YES yığmaq kifayətdir. 

"Azercell" tətbiqi vasitəsilə

"Azercell" tətbiqində istənilən internet paketini sifariş etmək olar. *110# kodunu yığaraq tətbiqi yükləmək üçün birbaşa keçid linkini əldə edəcəksiniz.

 

İstifadəçilər saniyədə 2 Mbit-ə qədər sürət əldə edirlər.
Eyni vaxtda bir neçə internet paketindən istifadə etmək mümkün deyil.

6 saatlıq internet paketinin istifadə müddətinin sonunda internetə çıxış dərhal dayandırılır və istifadəçi internet.azercell.com səhifəsinə yönləndirilir.

İnternetdən paketsiz istifadə isə cari tarifə müvafiq hesablanır.

Korporativ abunəçilər 6 saatlıq internet paketi istisna olmaqla digər paketləri aktivləşdirə bilər.

 6 saatlıq limitsiz internet paketini deaktiv etmək üçün Stop saat açar sözünü 2525 qısa nömrəsinə göndərmək lazımdır. Fakturalı xətt abunəçiləri üçün göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.

Qaynar nöqtə (hotspot) vasitəsilə trafikin paylaşılması zamanı əlavə qoşulan nömrələr müvafiq mənbələrdən internet paketi sifariş edərsə, xidmət haqqı interneti paylaşan nömrənin balansından çıxılacaq. İnternet paketi isə əsas nömrədə aktiv olacaq.

İnternet Ayarları (9595)

Avtomatik telefon konfiqurasiyaları üçün:

  • Avtomatik telefon konfiqurasiyalarını almaq üçün 9595-ə boş SMS göndərmək lazımdır (bu nömrəyə göndərilən hər SMS-in qiyməti 0.01 AZN-dir).
  • Cavab olaraq sistem tərəfindən ilk öncə məlumat xarakterli mesaj və 20 dəqiqə ərzində müvafiq ayarlar göndərilir. Ekranda görünən ayarlar cihazın yaddaşında saxlanılmalıdır.
  • Yeni ayarları quraşdırmaq və internetə girişi bərpa etmək üçün telefonu söndürüb yenidən yandırmaq lazımdır.

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

Android telefonları üçün:

Ayarlar:

> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN

> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır

 ‘Yadda Saxla’ düyməsinə basılmalıdır.

Android planşetləri üçün:

Ayarlar:

> Daha çox parametrlər

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN yaradılmalıdır

Ad: Azercell internet

APN: internet

APN növü: default, hipri/default supl/default

Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.

iOS cihazları üçün:

Ayarlar:

> Mobil şəbəkə

> Mobil məlumatlar şəbəkəsi

> Apn: “Internet” yazılmalıdır

Cihaz yenidən söndürülüb yandırılmalıdır.

Xiaomi telefonları üçün:

Ayarlar:

> Sim kart və Mobil şəbəkələr

> Sim kart ayarları

> Azercell

> Giriş Nöqtəsinin Adları

> Yeni APN-də, ad sahəsində “Azercell”  və APN sahəsində “Internet” yazılmalıdır

Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.