get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Fakturasız xətt

Veteran

Müharibə veteranlarına özəl tarif

Veteran

Qiymətlər

Zənglər

  • Şəbəkədaxili zənglər (1 dəq.) 0.03
  • Şəbəkəxarici zənglər (1 dəq.) 0.04

Mesajlar

  • 1 SMS 0.03

İnternet

  • 1MB 0.03

Qoşulma şərtləri

Tarifə qoşulmaq üçün şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən təqdim edilən və veteran statusunu təsdiq edən rəsmi sənədlə Azercell Müştəri Xidmətlərinə və ya Azercell Eksklüziv ofislərindən birinə yaxınlaşmaq lazımdır.

Tarif 08.11.2021-ci il tarixindən etibarən istifadəyə verilib.

Nömrə aktiv edildikdən sonra “Xoş gəldin” kampaniyası çərçivəsində balansa 3 AZN məbləğində bonus yüklənilir.

Pulsuz nömrələr kampaniya çərçivəsində 31.12.2024-cü il tarixinədək təqdim ediləcək.

05.11.2022-ci il tarixindən etibarən isə kampaniyaya ilk dəfə qoşulan abunəçilərə şəbəkədaxili zənglər üçün 50 dəqiqə hədiyyə olunur. Bu dəqiqələr yalnız abunənin ilk ayı üçün keçərlidir.  

Əlavə məlumat

Kampaniyayalnız fakturasız xətt abunəçilərinə şamil edilir.

Yalnız Azərbaycan Respublikasının müvafiq dövlət qurumları: 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti; 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən veteranlara təqdim edilmiş rəsmi “Müharibə veteranı” vəsiqəsi  və ya müharibə dövründə hərbi xidmətin keçilməsi, döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı qeyd aparılmış hərbi bileti təqdim etməklə qoşulmaq olar. “Müharibə veteranı” vəsiqəsinin verilmə qaydası və nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.

Bu sənədləri şəxsiyyət vəsiqəsi ilə birlikdə istənilən Azercell Eksklüziv ofislərindən birinə yaxınlaşıb təqdim etməklə tarifə qoşulmaq olar.

 

Tarifdən imtina və digər tarif ilə əvəzetmə standart tarif dəyişikliyi şərtləri əsasında mümkündür. “Azercellim” tarifinə keçmək üçün Müştəri Xidmətlərinə müraciət etmək və ya Azercell Eksklüziv ofislərindən birinə yaxınlaşmaq lazımdır.

Qeyd: Abunəçi "Addan-ada" əməliyyatını icra edərsə və ya fakturalı xətt sisteminə keçərsə, təklif edilən üstünlüklərdən yararlana bilməyəcək.

Tarifi yalnız nömrələrdən birini seçməklə aktiv etmək mümkündür.

Nömrədə yalnız təqdim edilən təkliflərdən birini dəyərləndirmək mümkündür. Bu nömrə ilə ya tarifə, ya da kampaniyaya qoşulmaq olar.

Abunəçi istifadə etdiyi mövcud nömrəsi ilə tarifə qoşula bilər. Lakin “Veteran” tarifinə qoşulmaq üçün abunəçi həmçinin “Azercellim” tarifinə abunə olmalıdır.

Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Qiymətlərə ƏDV daxildir