*Yalnız fakturasız xətt abunəçiləri üçün.
**Ölkədaxili zənglər – Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün mobil operatorlara və şəhər nömrələrinə edilmiş zənglərdir.
“Sərbəst” tarifinin istifadə müddəti 30 gündür və bu müddətin sonunda balansda kifayət qədər vəsait olarsa, tarif avtomatik olaraq yenilənir. Nömrə aktiv olduğu zaman, lakin balansda yetərincə məbləğ olmadıqda, sistem balansda kifayət qədər vəsait olana qədər tarifi yeniləməyə çalışacaqdır.
Tarifdaxili bonus dəqiqələr rominq, beynəlxalq zənglər, xüsusi kodlu (* ilə yığılmış) və qısa nömrələr üçün istifadə edilə bilməz.
Həmçinin abunəçi “Zəngimi ödə” xidməti çərçivəsində zəng qəbul edərsə, müvafiq vəsait tarif daxilində təqdim edilmiş dəqiqələrin hesabından deyil, balansdan silinəcək.
Bütün “Sərbəst” tarif paketləri çərçivəsində WhatsApp və Facebook Messenger tətbiqlərində mətn yazışmaları üçün 1GB həcmində trafik təqdim olunur. Tətbiqlərdə yazışma üçün təqdim olunan trafik bitdikdə, istifadəçi balansdakı digər internet resurslarından istifadə edə bilər. Əgər balansda digər internet resursları mövcud deyilsə, o zaman pulsuz yazışma imkanı olmayacaq.
“Sərbəst” tarifinə keçid zamanı balansdan müvafiq abunə haqqı çıxılır və tarif bonusları hesablanır. Bonusların istifadə müddəti 30 gündür. Tarifin istifadə müddəti bitdikdə isə mövcud bonuslar növbəti aya keçmir.
Paket bir ay ərzində, lakin 24 saat müddətində gündə bir dəfədən çox olmayaraq yenilənə bilər. Paketi yeniləmək üçün 7575 qısa nömrəsinə açar sözünü göndərmək kifayət edir. Tarifi müvafiq USSD kod və ya "Azercell" tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür. Mövcud bonuslar paket yeniləndikdən sonra sıfırlanır.
Bonuslar haqqında məlumatı:
• 2112 qısa nömrəsinə boş SMS göndərməklə (SMS-in qiyməti 0.02 AZN təşkil edir.);
• *111*1*7#yes yığaraq;
• "Azercell" mobil tətbiqi vasitəsilə (*110#yes yığmaqla mobil tətbiqi yükləmək olar) əldə etmək mümkündür.
“Sərbəst” tarifi çərçivəsində təqdim olunan bonuslar bitdikdən sonra paketdən istifadə müddəti hələ də bitməyibsə xidmətlər üçün ödəniş aşağıdakı qaydada hesablanır:
Abunəçinin balansında aylıq abunə üçün kifayət qədər vəsait olmadığı təqdirdə (və digər internet paketi olmadıqda) xidmətlər üçün ödəniş aşağıdakı qaydada hesablanır:
"Sərbəst" tarifinin abunəçiləri gecə və həftə sonları istənilən aylıq, gündəlik, saatlıq və məhdudiyyətsiz paketlərdən istifadə edə bilərlər. Tarif dəyişikliyi zamanı mövcud internet paketi və paket daxilindəki bütün internet resurslar aktiv olaraq qalır.
Tarif çərçivəsində paketdaxili internet bonusları bitdikdə abunəçi xüsusi keçid səhifəsinə yönləndirilir. O, burada internet paketini aktivləşdirə və ya internet paketsiz istifadəni seçə bilər.
1 MB=0.05 AZN. İnternetin hesablanma intervalı 512KB təşkil edir.
“Sərbəst” tarifi abunəçiləri əlavə internet paketlərindən istifadə edərsə, 55GB-lıq internet paketi istisna olmaqla, bütün digər hallarda internetin istifadəsində üstünlük bu internet paketlərə verilir.
Zənglər üçün hesablama intervalı 60 saniyə təşkil edir.
“Sərbəst” tarifindən başqa bir tarifə keçdikdə cari paketin bonusları sıfırlanır.
7575 nömrəsinə göndərilən hər bir sorğu üçün balansdan 0.01 AZN tutulur.
1 SMS = 0.05 AZN
Fakturasız abunəçilər üçün yenilənmiş "Sərbəst" tarifinin şərtləri növbəti yenilənmədən qüvvəyə minəcəkdir.
“Sərbəst” tarifi haqqında ətraflı məlumat almaq üçün 7575 qısa nömrəsinə S göndərmək kifayət edir.
"Sərbəst" tarifinə uğurla qoşulduqdan və ya tarifin yenilənməsindən dərhal sonra bonuslar balansa köçürülür. Tarif çərçivəsində təqdim edilən internet bonusları, dəqiqələr fərqli vaxtlarda yenilənə bilər.
Tarif daxilində yazışmalara sərf olunan internet trafiki üçün prioritet ilk öncə mesajlaşmaya görə təqdim edilən trafikə, daha sonra isə tarifin əsas trafikinə verilir. Əsas paketin resursları bitdikdə və aktiv digər internet paketi olmadıqda abunəçi linkləri olan xüsusi bir səhifəyə yönləndirilir.
Ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.
Abunəçilərimizin tələbatlarını nəzərə alaraq fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün mövcud olan bütün “Sərbəst” tarif paketlərində daha əlverişli istifadə şərtlərinin təqdimatına başlanılır. Belə ki, “Sərbəst” tarif paketləri çərçivəsində təqdim edilən ölkədaxili, şəbəkədaxili və tarifdaxili dəqiqələrin əvəzinə ümumi ölkədaxili danışıq dəqiqələri təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə bütün istiqamətlərdə daha rahat danışmaq və nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. Bundan başqa “Sərbəst” tarif paketi çərçivəsində təqdim edilən internetdən istifadə imkanı da daha əlverişli olacaq. Sosial şəbəkələrdən istifadə və yazışma imkanının saxlanılması ilə yanaşı ümumi internetdən istifadə həcmi də artırılmışdır. Dəyişikliklər mövcud “Sərbəst” tarif paketindən 30 günlük cari istifadə müddətindən sonrakı növbəti yenilənmədən başlayaraq tətbiq ediləcək.
Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və ya imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (Azercell Eksklüziv ofisləri, 24/7 Telefon mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.