Mobilbank tətbiqi abunəçilərə aşağıdakı əməliyyatları yerinə yetirməyə imkan verir:
Mobil operator, İnternet provayder və kommunal xidmətlərinin ödənilməsi
Bank hesabından çıxarış
Pulun kartdan karta köçürülməsi
Kartın itirildiyi zaman onun deaktiv edilməsi
Balansın yoxlanılması
Son əməliyyatlar, hesabda olan vəsaitlərin hərəkəti və hətta xaricdə olduqda belə bank hesabının statusu haqda məlumat
MobilBank tətbiqini yükləmək üçün www.azericard.com saytına daxil ol.
Əlavə məlumat
MobilBank, istifadəçinin telefonunda internet bağlantısından istifadə etməklə fəaliyyət göstərən mobil tətbiqdir. Tətbiqin onlayn xüsusiyyətlərindən istifadə etmək üçün abunəçiyə balansında yetərli vəsait ilə aktiv telefon xətti və internet tarif paketi lazım olacaq.
Banklar Mobilbank vasitəsilə təqdim etdiyi xidmətlərə giriş təmin etmək üçün aylıq ödəniş tətbiq edirlər. Xidmət haqqı müvafiq banklar tərəfindən birbaşa istifadəçilərin bank hesablarından tutulur. Fərqli banklar fərqli xidmət haqları tətbiq edə bilər. Daha ətraflı məlumat üçün aidiyyatı banka müraciət etmək lazımdır.
Hər bir kartın MobilBank-da çalışması üçün özünəməxsus proqram təminatı tələb olunur. İstifadəçinin istifadə etmək istədiyi kartlar üçün müvafiq proqram təminatı quraşdırması lazımdır. MobilBank tətbiqi vasitəsilə istifadə oluna bilən kartların sayına heç bir məhdudiyyət qoyulmur.
Təhlükəsizlik səbəblərinə görə tətbiqdəki PIN kodu yenidən quraşdırmaq mümkün deyil. İstifadəçi tətbiqi ləğv edib yenidən yükləməli, daha sonra bank hesabını yenidən qeydiyyatdan keçirməlidir.
Telefon oğurlandıqda, xidməti deaktiv etmək üçün dərhal AzeriCard müştəri dəstəyinə müraciət etmək lazımdır. Həmçinin banka da məlumat verməlidir. Yeni telefonda Mobilbank tətbiqi təkrar yükləmək və eyni qeydiyyat prosedurlarını əvvəlki qaydada təkrarlamaq lazımdır.
MobilBank tətbiqini deaktiv edtmək üçün müvafiq banklara müraciət etmək lazımdır.