İstənilən dəyərdə ödəniş kartı ilə həm öz, həm də digər abunəçinin balansını artıra bilərsiniz
Fakturasız xətt abunəçiləri üçün ödəniş kartlarının qüvvədə olma müddəti kartın istifadə olunduğu vaxtdan etibarən 180 gün təşkil edir.
Fakturalı xətt abunəçiləri üçün ödəniş kartları müddətsizdir və istənilən an yüklənə bilər.
Ödəniş kartlarının etibarlılıq müddəti kartın yükləndiyi gündən hesablanır.
Onlayn və ya ödəmə köşklərindən həyata keçirilən ödəniş məbləğləri 30 dəqiqə ərzində nömrənin balansda əks olunur.
Diqqət
Fakturalı xətt abunəçiləri köhnə tipli Sim-Sim ödəniş kartlarından hazırda da istifadə edə bilərlər. Balansın artırılması qaydası eynidir.
Göstərilənlər ilə yanaşı, Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:
Ödəniş məbləğinin aralığı |
İstifadə müddəti (təqvim günü) |
1 AZN-dən 1.99 AZN-dək |
5 |
2 AZN-dən 2.99 AZN-dək |
10 |
3 AZN-dən 4.99 AZN-dək |
20 |
5 AZN-dən 9.99 AZN-dək |
30 |
10 AZN-dən 19.99 AZN-dək |
60 |
20 AZN-dən 24.99 AZN-dək |
90 |
25 AZN-dən 49.99 AZN-dək |
90 |
50 AZN-dən 99.99 AZN-dək |
120 |
Elektron ödəniş üsulları vasitəsilə ödəniş üçün daxil olunan məbləğin minimal həddi 1 AZN təşkil edir.
Fakturasız xətt abunəçiləri üçün:
Fakturalı xətt abunəçiləri üçün:
Digər fakturasız xətt abunəçisinin balansını artırmaq üçün 131*(operatorun kodu) nömrə*13 rəqəmli kod #YES yığmaq kifayətdir.
Digər fakturalı xətt abunəçisinin balansını artırmaq üçün *141*(operatorun kodu) nömrə*13 rəqəmli kod#YES yığmaq kifayətdir.
Yalnız abunəçinin balansında kifayət qədər məbləğ olduğu təqdirdə ödəniş kartını başqa abunəçinin balansına köçürmək mümkündür. Abunəçinin neqativ balansı varsa borc məbləğ ödəniş kartındakı məbləğdən çıxılır. Ödəniş kartının məbləği neqativ balans məbləğindən çox olduqda, yerdə qalan məbləğ balansa avans kimi köçürülür.
Rominqdə fakturasız xətt abunəçilləri üçün balansın artırılması eyni qaydada həyata keçirilir.
Fakturalı xətt abunəçiləri 13 rəqəmli şifrəni 650-yə göndərməklə və ya 141 xidməti vasitəsilə balansı artıra bilərlər.
Nəzərə alınmalıdır ki, ivr xidmətləri Azərbaycan hüdudlarından kənarda işləmir.
13 rəqəmli kodu daxil etmək üçün hər bir abunəçiyə üç şans verilir. Kod üçüncü dəfə də yanlış daxil edildikdə, balans artırma xidməti 24 saatlıq bloklanır. Xidmətdən təkrar şəkildə dərhal istifadə etmək üçün 1001 nömrəsinə (fakturasız xətt) və ya 650 nömrəsinə (fakturalı xətt) boş SMS göndərmək lazımdır. Hər bir SMS üçün xidmət haqqı 0.02 AZN təşkil edir.