get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

VoLTE

Daha yaxşı zəng keyfiyyəti və fasiləsiz internet

VoLTE nədir?

VoLTE xidməti zənglərin daha sürətli quraşdırılması, daha yaxşı səs keyfiyyətini təqdim edir və telefon zəngləri zamanı fasiləsiz internetdən yararlanmağa imkan verir.

VoLTE nədir?

Xidmətdən faydalanmaq üçün abunəçi aşağıdakılara malik olmalıdır:

1

VoLTE funksiyalı smartfon

2

USIM (4G dəstəkləyən SIM)

3

4G əhatə dairəsində olmaq

4

Aktivləşdirilmiş VoLTE funksiyası

Daha sürətli zəng quraşdırılması:

Daha sürətli zəng quraşdırılması:

VoLTE zəng zamanı 4G-nin işlədiyi tezliklərlə müqayisədə 2G və ya 3G səbəkələrinə nisbətən iki qat daha sürətli qoşulma təmin edir. Xidmət 2G və ya 3G-yə nisbətən daha geniş əhatə dairəsinə malikdir. Beləliklə, VoLTE ilə daha uzaq yerlərdə və ya digər siqnalların tutmadığı binalarda şəbəkədə qalmaq mümkündür.

Zəng zamanı yüksək keyfiyyəti əlaqə:

4G şəbəkəsi 2G və 3G-yə nisbətən daha çox məlumat ötürmək imkanına malikdir ki, bu zəng keyfiyyətini 3G və ya 2G bağlantılarından daha üstün edir. VoLTE xidməti zəng zamanı yalnız qarşı tərəfin nə dediyini deyil, həm də səs tonunu aydınlaşdırmağı asanlaşdırır. Beləliklə, VoLTE xidməti HD keyfiyyətli, daha zəngin zəng təcrübəsi imkanı yaradır.

Zəng zamanı yüksək keyfiyyəti əlaqə:
Daha yaxşı batareya ömrü:

Daha yaxşı batareya ömrü:

Smartfon istifadəçiləri VoLTE xidmətinin batareya ömrünə müsbət təsir göstərdiyini müşahidə edə bilərlər. Belə ki, 4G bağlantısı zəngləri dəstəkləmədiyindən zəng zamanı smartfonda 2G və ya 3G-yə keçid edilir. Zəng başa çatdıqdan sonra isə yenidən əvvəlki şəbəkə qayıdır. Bütün bu keçidlər, həmçinin hər dəfə fərqli bir siqnal axtarmaq ehtiyacı batareyaya əhəmiyyətli təsir edir.

VoLTE-ni necə aktivləşdirmək olar?

Məlumatın daha sürətli ötürülməsi:

VoLTE ilə zəng edərkən 3G-yə keçməyə ehtiyacın olmaması zəng zamanı smartfonun digər funksiyaları üçün də 4G-dən istifadə etmək imkanı yaranır. Bu, eyni zamanda bir neçə əməliyyatı yerinə yetirməyə şərait yaradır. Misal üçün, istifadəçi zəng edərkən eyni zamanda internetdən istifadə edə və ya hər hansı proqram yükləyə bilər.

Məlumatın daha sürətli ötürülməsi: