Asan Imza xidmətinin müddətinin uzadılması üçün abunəçi Azercell Eksklüziv ofislərinin birinə yaxınlaşmalı və ya SMS vasitəsilə əməliyyatı özü icra etməlidir.
Abunəçi Azercell Eksklüziv ofislərin birinə aşağıda qeyd edilən sənədlər ilə yaxınlaşmalıdır:
Fiziki şəxs:
Abunəçi şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
Xarici vətəndaş isə Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsini və xarici pasportunu təqdim etməlidir.
Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Bu halda səlahiyyətli şəxsdən etibarnamədən əlavə nömrə sahibinin şəxsiyyət vəsiqəsinin sürəti istənilir.
Hüquqi şəxs:
Əməliyyatın aparılması üçün öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu ilə etibarlı şəxs Azercell Eksklüziv ofislərinə müraciət etməlidir.
Qeyd: Etibarlı şəxs həmçinin müvafiq etibarnaməni və öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
SMS vasitəsilə xidmətin etibarlılıq müddətinin uzadılması 2 mərhələdən ibarətdir:
1. Abunəçilər “Asan İmza” xidmətinin istifadə müddətinin son 30 gün ərzində “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq üçün vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında müvafiq ərizə formasını doldurmalı, qüvvədə olan “Asan İmza”sı ilə həmin ərizəni imzalayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) elektron şəkildə göndərməlidir. “Asan İmza” sertifikatların müddətinin onlayn uzadılması üzrə ətraflı məlumatı https://www.taxes.gov.az/uploads/2020/2017030005926400/Asan-imza-onlayn-yenilenmesi-telimati.pdf link vasitəsi ilə əldə etmək mümkündür.
2. Cari “Asan İmza” xidmətinin müddəti bitəndən sonra isə Abunəçi “Asan İmza” xidmətinin aktiv edilməsi üçün 8500 qısa nömrəsinə SMS göndərməlidir. “Asan İmza” xidməti aktiv edildikdən sonra 1 gün ərzində “Asan İmza” sertifikatının istifadə müddəti onlayn qaydada növbəti üç ilə uzadılır.
8500 qısa nömrəsinə SMS göndərilmədən öncə abunəçilər:
1. Hansı xidmət tipindən istifadə edəcəyini qərarlaşdırmalıdır (“Vətəndaş”, “Biznes” və ya “Dövlət”).
2. Hər xidmət tipi üçün nəzərdə tutulan tariflə tanış olmalı və “Asan İmza”nın lazım olan tipinin aktivləşdirilməsi üçün balansında müvafiq məbləğin olub-olmamasını yoxlamalıdır.
3. “Asan İmza” xidmətinin 3 il müddəti bitdikdən sonra öncə istifadə edilən qoşulma növünün uzadılması və ya digər növünə qoşulması üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən biri ilə SMS göndərməlidir:
“Vətəndaş” tipli xidmətin qoşulması/uzadılması üçün: ferdi
“Biznes” tipli xidmətin qoşulması/uzadılması üçün: biznes
“Dövlət” tipli xidmətin qoşulması/uzadılması üçün: dovlet
Qeydlər:
SMS vasitəsilə “Asan İmza” sertifikatının növünü yalnız 3 illik müddət bitəndən sonra dəyişmək olar. Vaxt çərçivəsində limit yoxdur, abunəçi istənilən vaxt SMS göndərib müddəti uzada bilər. SMS vasitəsilə yanlış sertifikat növü aktiv edildiyi zaman, düzgün sertifikat növünün aktiv edilməsi üçün Azercell Eksklüziv ofisinə yaxınlaşmaq lazımdır.
Abunəçi “Asan İmza" sertifikatın müddətinin bitməsinə 30 gün qalmış onu onlayn uzada bilmədikdə:
“Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və Abunəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır. Bundan öncə Abunəçi “Asan İmza” xidmətini növbəti 3 il müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə SMS göndərməlidir.
Fiziki və hüquqi şəxslər nömrələrinin Azercell-ə daşınması üçün lazımi sənədlərlə birlikdə Azercell Eksklüziv ofislərinə yaxınlaşa bilərlər.
Ətraflı
Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.
Ətraflı
Fiziki şəxs əməliyyatın aparılması üçün: