Bu xidməti aktiv etməklə internet paketini 30 gündən bir deyil, həmçinin paketin həcmi bitdikdə də avtomatik olaraq yeniləmək imkanını əldə edirsiniz. Bunun üçün avto yazıb 2525-ə göndərmək kifayət edir.
İnternet paketinə SMS və ya USSD kodu vasitəsilə abunə olmaq mümkündür.
SMS vasitəsilə abunə olmaq üçün “7000” yazıb 2525-ə göndərin. 2525 nömrəsinə göndərilən hər bir SMS 0.01 AZN-dir.
USSD kod vasitəsilə abunə olmaq üçün *100*7000#YES yığın.
Bu zaman abunəçi qoşulmanı təsdiqləmək üçün SMS alır. Sifariş edilmiş mobil İnternet paketləri yalnız sorğuya cavab SMS-i göndərildikdən sonra istifadə oluna bilər.
Biznes internet paketi alan bütün fakturalı abunəçilər paketin ümumi qiymətinə 20% güzəşt əldə edəcəklər!
Xeyr. Abunəçi internet paketi xidmətdən imtina edilməyənədək Azercell hər faktura dönəminin sonu müvafiq paketi yeniləyir.
Avtomatik yenilənməni dayandırmaq üçün “minus” yazıb SMS vasitəsilə 2525-ə göndərin.
Nömrənin xətti bağlı olduqda yenilənmə olmur və sistem 30 gün ərzində abunə xəttinin statusunu yoxlayır. Xətt qeyd olunan müddət ərzində aktiv olunmadıqda, abunəlik ləğv edilir.
Balansı yoxlamaq üçün 2525-ə boş SMS göndərin və ya *100#YES kodunu yığın. 2525 nömrəsinə göndərilən hər bir SMS-in qiyməti 0.01 AZN-dir.
İnternet paketi bitən zaman abunəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək. Bu xidmətin ən əsas üstünlüyü ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac qalmır, o bir başa müvafiq səhifəyə yönləndirilir. Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək:
*Qiymət istifadə etdiyiniz tarif planına əsasən təyin edilir
Fakturalı xətt abunəçiləri sözügedən internet paketini deaktiv etmək və ya abunəliyi dayandırmaq üçün “STOP” və ya “STOP AY” yazıb SMS vasitəsilə 2525-ə göndərməlidirlər. Bu zaman aylıq paketin balansında qalan internet dərhal silinir və abunəçiyə heç bir ödəniş qaytarılmır.
Avtomatik yenilənmə xidmətini ləğv etmək üçün “minus” yazıb SMS vasitəsilə 2525-ə göndərmək lazımdır.
Fakturasız xətt abunəçiləri internet paketini ləğv etmək və ya abunəliyi dayandırmaq üçün SMS və ya USSD koddan istifadə edə bilərlər:
SMS vasitəsilə abunəliyi ləğv etmək və ya dayandırmaq üçün “STOP”, “STOP AY” və ya “0” yazıb 2525-ə göndərmək kifayətdir.
USSD kod vasitəsilə abunəliyi ləğv etmək və ya dayandırmaq üçün *100*0#YES kodunu yığmaq lazımdır. Bu zaman aylıq paketin balansında qalan internet dərhal silinir və abunəçiyə heç bir ödəniş edilmir.
Avtomatik yenilənməni ləğv etmək üçün “AY” və ya “00” yazıb SMS vasitəsilə 2525-ə göndərmək və ya *100*00#YES kodunu yığmaq lazımdır.
Paketin həcmi bitdikdə xidməti deaktiv etmək üçün Stop avto yazıb 2525-ə göndərmək lazımdır.
Qaynar nöqtə (hotspot) vasitəsilə trafikin paylaşılması zamanı əlavə qoşulan nömrələr müvafiq mənbələrdən internet paketi sifariş edərsə, xidmət haqqı interneti paylaşan nömrənin balansından çıxılacaq. İnternet paketi isə əsas nömrədə aktiv olacaq.