get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Limitsiz

Limitsiz həftəsonu

İnternet paketi haqqında məlumat

Qiymət

  • Fakturasız və fakturalı abunəçilər üçün 1.99
Həftəsonları

Limitsiz internet

Sənə uyğun tarif təklifimiz

GəncOL

Gəncliyin dadını çıxar!

  • icon
6 GB

İnternet

600 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G9" yazıb 7575-ə göndər

Daha ətraflı
3 GB

İnternet

300 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G6" yazıb 7575-ə göndər

Daha ətraflı
1 GB

İnternet

100 dəq.

Tarifdaxili

Yazışma

Qoşulmaq üçün "G2" yazıb 7575-ə göndər

Daha ətraflı

Əlavə məlumat

"Limitsiz həftəsonu" internet paketini 3 yolla aktivləşdirmək olar:

  • heftesonu yazıb 2525 nömrəsinə SMS göndərmək;
  • Telefonda *100*67#YES yığmaq;
  • "Azercell" tətbiqi vasitəsilə

*110# kodunu yığ və "Azercell" tətbiqini yükləmək (Android və iOS cihazlar) üçün birbaşa keçid linki əldə et.

Fakturasız abunəçilər üçün 2525-ə göndərilən SMS-lər PULSUZDUR.

Fakturalı abunəçilər üçün 2525-ə göndərilən SMS-in qiyməti 0.01 AZN təşkil edir.

 

Əgər internet paketi bazar ertəsi və cümə günləri arasında aktivləşdirilibsə, şənbə günü saat 00:00-dan bazar günü saat 23:59-a qədər etibarlıdır.

Əgər internet paketi şənbə və bazar günləri arasında aktivləşdirilibsə, aktivləşdirildiyi andan etibarən bazar günü saat 23:59-a qədər etibarlıdır.

Eyni vaxtda bir neçə internet paketindən istifadə etmək mümkün deyil.
İstifadəçilər saniyədə 512 Kbps-ə qədər endirmə sürəti əldə edirlər.

Abunəliyi dayandırmaq üçün “stop heftesonu” yazıb SMS vasitəsilə 2525-ə göndərmək kifayətdir.

İnternetdən paketsiz istifadə isə cari tarifə müvafiq hesablanır.

Fakturasız xətt (SimSim) abunəçiləri üçün 2525 nömrəsinə göndərilən SMS-lər pulsuzdur.

Fakturalı xətt abunəçiləri üçün 2525 nömrəsinə göndərilən hər bir SMS üçün xidmət haqqı 0.01 AZN təşkil edir.

Qaynar nöqtə (hotspot) vasitəsilə trafikin paylaşılması zamanı əlavə qoşulan nömrələr müvafiq mənbələrdən internet paketi sifariş edərsə, xidmət haqqı interneti paylaşan nömrənin balansından çıxılacaq. Internet paketi isə əsas nömrədə aktiv olacaq.

İnternet Ayarları (9595)

Avtomatik telefon konfiqurasiyaları üçün:

  • Avtomatik telefon konfiqurasiyalarını almaq üçün 9595-ə boş SMS göndərmək lazımdır (bu nömrəyə göndərilən hər SMS-in qiyməti 0.01 AZN-dir).
  • Cavab olaraq sistem tərəfindən ilk öncə məlumat xarakterli mesaj və 20 dəqiqə ərzində müvafiq ayarlar göndərilir. Ekranda görünən ayarlar cihazın yaddaşında saxlanılmalıdır.
  • Yeni ayarları quraşdırmaq və internetə girişi bərpa etmək üçün telefonu söndürüb yenidən yandırmaq lazımdır.

İnternet ayarlarını menyu üzərindən də quraşdırmaq olar. Cihazın növündən asılı olaraq ayarlar aşağıdakı qaydada quraşdırılmalıdır:

Android telefonları üçün:

Ayarlar:

> Digər ayarlar (Digər şəbəkələr, Daha çox)

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN

> Ad: “Azercell Internet”, APN: “Internet” yazılmalıdır

 ‘Yadda Saxla’ düyməsinə basılmalıdır.

Android planşetləri üçün:

Ayarlar:

> Daha çox parametrlər

> Mobil şəbəkələr

> Giriş Nöqtəsinin Adları

> Yeni APN yaradılmalıdır

Ad: Azercell internet

APN: internet

APN növü: default, hipri/default supl/default

Konfiqurasiyalar cihazın yaddaşında saxlanıldıqdan sonra Azercell interneti və Mobil şəbəkələr aktiv edilməlidir.

iOS cihazları üçün:

Ayarlar:

> Mobil şəbəkə

> Mobil məlumatlar şəbəkəsi

> Apn: “Internet” yazılmalıdır

Cihaz yenidən söndürülüb yandırılmalıdır.

Xiaomi telefonları üçün:

Ayarlar:

> Sim kart və Mobil şəbəkələr

> Sim kart ayarları

> Azercell

> Giriş Nöqtəsinin Adları

> Yeni APN-də, ad sahəsində “Azercell”  və APN sahəsində “Internet” yazılmalıdır

Azercell SİM Kartının hansı bölmədə olduğu yoxlanılmalıdır. Daha sonra Sim İdarəedicisi > Məlumat xidmət şəbəkəsi bölümünə daxil olub, nömrənin yerləşdiyi SIM kart seçilməlidir.